Kontentə keç

Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərində yaşayan bacı-qardaşlarımıza qarşı edilən təqib daha da şiddətləndi. Luqanskda yerləşən bir ibadət evi qarət edildi, qəsdən dağıdıldı və 2018-ci il mayın 30-da yandırıldı.

15 OKTYABR 2018
UKRAYNA

«Donetsk Xalq Respublikası» Yehovanın Şahidlərinə qadağa qoyur

«Donetsk Xalq Respublikası» Yehovanın Şahidlərinə qadağa qoyur

26 sentyabr 2018-ci il «Donetsk Xalq Respublikası»nın (DXR) Ali Məhkəməsi Yehovanın Şahidlərinin dini təşkilatının «ekstremist» olduğunu elan etdi və nəticədə, fəaliyyətimizə qadağa qoydu. Məhkəmə proseduru zamanı nə hüquqi şəxsimizə qarşı ittiham irəli sürən ümumi prokuror, nə də Məhkəmə heç bir Yehovanın Şahidi ilə müşavirə aparmadı. Bu qadağa həmin ərazidəki Yehovanın Şahidlərinə qarşı kəskinləşən dini təqibin ən axırıncı göstəricisidir.

2017-ci ilin ortalarında DXR-nin Ali Məhkəməsi bəzi nəşrlərimizi «ekstremist» elan etmişdi. Bundan sonra Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinin müəyyən ərazilərində yaşayan bacı-qardaşlarımızın vəziyyəti daha da pisləşdi. 2017-ci il ərzində polis 170-dən çox Yehovanın Şahidini istintaq etmişdi. Həmçinin bu ərazilərdəki hökumət nümayəndələri bir-birinin ardınca ibadət evlərini ələ keçirmişdi. Nəticədə, 29 avqust 2018-ci il tarixinə kimi ümumilikdə 16 ibadət evi müsadirə olundu.

Bu ərazilərdə yaşayan bacı-qardaşlarımız ibadətlərinə edilən hücumlara baxmayaraq, Xilaskarımız Allaha bundan sonra da arxalanmağa davam edəcəklər (Zəbur 18:46).