Kontentə keç

25 İYUL 2017
UKRAYNA

Rəsmilər və ictimaiyyət nümayəndələri Yehovanın Şahidlərinin Ukraynadakı filialının «Açıq qapı» günündə iştirak etdi

Rəsmilər və ictimaiyyət nümayəndələri Yehovanın Şahidlərinin Ukraynadakı filialının «Açıq qapı» günündə iştirak etdi

LVOV (Ukrayna). 2 may 2017-ci il tarixində Yehovanın Şahidlərinin Ukraynadakı filialı xüsusi «Açıq qapı» günü təşkil etdi. Birgünlük bu «Açıq qapı» günündə hökumət rəsmiləri, yerli rəsmilər, elm adamları, biznesmenlər, eləcə də Lvov şəhərinin sakinləri filialın fəaliyyəti ilə tanış oldular.

«Açıq qapı» günündə uşaqlar üçün ayrılmış guşə

Filial «Açıq qapı» günü ilə əlaqədar xüsusi sərgilər yaratdı. Sərgidə stendlər, filialın fəaliyyəti ilə bağlı video, tarixi muzey və uşaqlar üçün təşkil olunmuş guşə yer alırdı. Yehovanın Şahidlərinin Ukrayna filialının nümayəndəsi İvan Riher bildirir: «2001-ci ildən bəri ilk dəfədir ki, filialımız «Açıq qapı» günü təşkil etdi. Ukraynada Müqəddəs Kitab haqda qapı-qapı təbliğ etdiyimizə görə bizi yaxşı tanıyırlar. İndi isə böyük məmnuniyyətlə qonşularımızı dəvət etdik ki, filialımızın fəaliyyəti və onun cəmiyyətin xeyrinə etdiyi işləri görsünlər».

Qonaqlar tarixi muzeydə Yehovanın Şahidlərinin Ukraynadakı uzun tarixi haqda öyrəndilər

Andrey Yuraş, Din İşləri və Millətlər Departamentinin direktoru

Ukrayna Mədəniyyət Nazirliyinin nəzdində olan Din İşləri və Millətlər Departamentinin direktoru Andrey Yuraş filialın fəaliyyəti ilə bağlı öz təəssüratını bölüşür: «Bu sərgi vasitəsilə Yehovanın Şahidlərinin dini təşkilatı həm öz dininin üzvləri, həm də ümumilikdə digər insanlarla münasibətdə harmoniyanı qorumaq üçün nə etmək lazım olduğuna dair gözəl nümunə qoydu».

Yehovanın Şahidləri bu il Kamerundakı filialda, eləcə də Uorvikdə (Nyu-York) yerləşən ümumdünya baş idarədə də «Açıq qapı» günü təşkil edib.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000

Ukrayna: İvan Riher, tel.: +380322409323