1 İYUL 2019
UKRAYNA
Ukraynada Yehovanın Şahidləri Müqəddəs Kitab sərgiləri keçirib
Ukraynada Yehovanın Şahidləri tərcümə işində böyük nailiyyət olan rus jest dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışı münasibətilə xüsusi Müqəddəs Kitab sərgiləri keçirib. Sərgilər 7 oktyabr 2018-ci il tarixində Lvovda başlamış və 7 iyun 2019-cu il tarixinədək davam etmişdir. Sərgilərin keçirildiyi digər şəhərlər Xarkov, Kiyev, Odessa və Dnepr olub.
Hər tədbirdən əvvəl yerli jestdilli yığıncaqlar tədbirin keçiriləcəyi ərazilərdə eşitmə qabiliyyəti olmayan və ya zəif olan insanlara həm çap, həm də videoformatda dəvətnamələr paylayıb. Bundan əlavə, Ukrayna filialının Məlumat xidməti dəvətnamələri müəllimlərə, kütləvi informasiya vasitələrinin işçilərinə və dövlət nümayəndələrinə paylayıb.
Lvov Şəhər Karlar Klubunda keçirilən birinci tədbirin qonaqlarını eşitmə qabiliyyəti olmayanlara Müqəddəs Kitabı araşdırmağa kömək edən JW Library Sign Language® tətbiqetməsi kimi müxtəlif rəqəmsal vasitələrlə tanış ediblər. Qonaqlara həmçinin əsrlər ərzində Müqəddəs Kitab üçün istifadə olunan müxtəlif formatları (tumardan tutmuş müasir kitablara kimi) nümayiş etdirən ekspozisiyalar göstərilib.
İncilin «Yeni Dünya Tərcüməsi»nin rus jest dilində buraxılışına çox sevinirik. Əminik ki, bu, rus jest dilində danışanlara Müqəddəs Kitabdan dəqiq bilik almağa kömək edəcək (Mətta 5:3).