Kontentə keç

Paytaxt Port-Vilada bir bacının dağılmış evi

17 MART 2023
VANUATU

İki tropik siklon Vanuatuda böyük dağıntılara səbəb olub

İki tropik siklon Vanuatuda böyük dağıntılara səbəb olub

2023-cü il martın 1-dən 4-dək iki 4-cü dərəcəli tropik siklon Vanuatunu öz cənginə almışdı. Birinci siklon «Cudi» nisbətən az dağıntılar törətdi. Amma onun dalınca gələn «Kevin» siklonu eyni ərazilərdən keçərək Efate adası da daxil olmaqla ölkənin cənubundakı bir sıra adalarda böyük dağıntılara səbəb oldu.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlarımız arasında ölən yoxdur.

  • 3 ev dağılıb.

  • 30 evə cüzi ziyan dəyib.

  • İki ibadət evinə ziyan dəyib.

Yardım işləri

  • Rayon nəzarətçiləri və yerli ağsaqqallar siklonun qurbanı olan bacı-qardaşlara baş çəkib lazımi köməyi göstərirlər.

  • Ərazidə Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

Biz əminik ki, Vanuatudakı bacı-qardaşlarımız çətinliklərlə üzləşsələr də, Yehova onlara həmişə təsəlli verib ovudacaq (Zəbur 94:19).