Kontentə keç

9 APREL 2015-Cİ İL
VANUATU

«Pam» qasırğasından sonra Yehovanın Şahidlərinin təşkil etdiyi yardım işi

«Pam» qasırğasından sonra Yehovanın Şahidlərinin təşkil etdiyi yardım işi

NUMEA, Yeni Kaledoniya. 2015-ci il martın 13-ü gecə yarısından başlayaraq Sakit okean adalarında yaşayan Vanuatu əhalisi 5 bal gücündə «Pam» tropik siklonuna məruz qalmışdı. Yehovanın Şahidlərinin Yeni Kaledoniyadakı filialının ilkin hesabatında qeyd olunur ki, dağıdıcı qasırğa zamanı Yehovanın Şahidlərindən ölən və ya yaralanan olmayıb. Dağıntının miqyası hələ də tam müəyyənləşməsə də, Efate adasında 31 Yehovanın Şahidinin evinin dağılması və 58-nə ciddi şəkildə ziyan dəyməsi təsdiqlənib. Tanna adasında demək olar ki, bütün Yehovanın Şahidlərinin evləri dağılıb və ya ciddi şəkildə ziyan görüb. Qasırğa nəticəsində 3 ibadət evi dağılmış, digəri isə üstünə ağac aşdığı üçün ziyan görmüşdü.

Vanuatunun paytaxtı Port-Vilada təşkil olunmuş təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi 100 Şahidi qida, içməli su və sığınacaqla təmin edib. Üstəlik, Tanna adasında yaşayan Şahidlərin zəruri ehtiyaclarını təmin etmək üçün 1 ton humanitar yardım göndərilmişdi. Avstraliya filialı çadırların qurulmasında, zərər görmüş evlərin təmirində, yorğan-döşək, geyim və bu kimi ehtiyacların ödənməsində Yeni Kaledoniya filialı ilə əməkdaşlıq etmişdir.

Yehovanın Şahidlərinin Yeni Kaledoniyadakı nümayəndəsi Jan Pyer Fransin deyir: «Həmimanlılarımıza göstərdikləri yardımlara görə hakim dairələrə və digər ölkələrə minnətdarıq. Vanuatu istiqamətinə uçuşlar bərpa edilib. Bunun sayəsində adanı ziyarət edən Yeni Kaledoniya filialının nümayəndəsi və səyyar nəzarətçilər həm ruhani, həm də mənəvi yardım edirlər».

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +17185605000

Yeni Kaledoniya: Jan Pyer Fransin, tel.: +687437500