Kontentə keç

6 İYUN 2019
VENESUELA

Venesueladan son xəbərlər. Davam edən çətinliklərə baxmayaraq ruhani fəaliyyətdə artım

Venesueladan son xəbərlər. Davam edən çətinliklərə baxmayaraq ruhani fəaliyyətdə artım

Venesuelada sosial və iqtisadi böhran davam edir. Qıtlıq və bahaçılıq ucbatından ərzaq, su, yanacaq və dərman əldə etmək çətindir. Elektrik enerjisinin tez-tez kəsilməsi ərzaq məhsullarının saxlanılmasını çətinləşdirir, bu isə qıtlığı daha da şiddətləndirir. Narahatçılıq doğuran məqamlardan biri də cinayətkarlıqdır.

Bütün bu çətinliklərə baxmayaraq, Venesuelada 136500 təbliğçi canla-başla xidmətini davam etdirir. Məsələn, 2019-cu ilin yanvar ayında təbliğçilərin sayı ötən illə müqayisədə 7000 nəfər az olsa da, həmin illə müqayisədə onların təbliğə həsr etdikləri vaxt 90000 saat çox olub. 2019-cu ilin aprel ayında 195600 Müqəddəs Kitab dərsi keçirilib. Öncüllərin sayı artaraq 30000-dən çox olub. İsa Məsihin ölümünü anma mərasiminə dəvətlə bağlı xüsusi ümumdünya kampaniyası zamanı köməkçi öncüllərin sayı artaraq 20400 nəfər olub. Bütün bunların sayəsində anma mərasimində təxminən 471000 nəfər iştirak edib, bu isə təbliğçilərin sayından üç dəfə çoxdur. Bundan əlavə, yığıncağa gələnlərin də sayı çoxdur, çünki bacı-qardaşlarımız problemlərinin etibarlı həllini axtaranlarla xoş xəbəri bölüşməyə davam edirlər.

Venesuela filialı bacı-qardaşlarımızı əsas ərzaq məhsulları ilə təmin etmək üçün lazımi tədbirlər görür. Qonşu filialların köməyi və ümumdünya işinə edilən səxavətli ianələr sayəsində Venesuela filialı hər ay 1595 yığıncaqda xidmət edən 75000 təbliğçiyə yüzlərlə ton ianə edilmiş ərzaq paylayır.

Venesuelada yaşayan bacı-qardaşlarımız çoxlu çətinliklərlə üzləşirlər, lakin görəndə ki, onların sevinci Yehovadır və fərəhi onları xilas edən Allahdır, biz çox ruhlanırıq (Həbquq 3:17, 18).