Kontentə keç

«Şanşan» qasırğasının ziyan vurduğu evlər (Yaponiya, Miyadzaki)

5 SENTYABR 2024
YAPONİYA

Güclü «Şanşan» qasırğası Yaponiya ərazisində tüğyan edir

Güclü «Şanşan» qasırğası Yaponiya ərazisində tüğyan edir

2024-cü il avqustun 29-da Yaponiyanın Kaqosima prefekturasına çatan «Şanşan» qasırğası sürəti 160 kilometrə çatan küləklə müşayiət olunmuşdu . Kanto, Küsü və Tokai bölgələrinin bəzi hissələrində düşən yağışın miqdarı rekord həddə çataraq cəmi 48 saat ərzində 40 santimetrdən çox olmuşdu. Bu leysanlar nəticəsində torpaq sürüşmələri və daşqınlar əmələ gəlmiş, neçə-neçə yol və binalara ziyan dəymişdi. 120-dən çox insan xəsarət almış, 8 nəfər vəfat etmişdi.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən yoxdur

  • 3 təbliğçi xəsarət alıb

  • 24 evə cüzi ziyan dəyib

  • 8 ibadət evinə cüzi ziyan dəyib

  • Qasırğanın baş verdiyi ərazilərdə bəzi regional toplantılar başqa vaxta keçirilib

Yardım işləri

  • Rayon nəzarətçiləri və yerli ağsaqqallar zərərçəkənlərə ruhani və əməli kömək göstərirlər

Bu cür təbii fəlakətlər bizə kədər yaşatsa da, biz yardımçımız olan Yehova Allahdan güc və təsəlli alırıq (Zəbur 86:17).