4 YANVAR 2024
YAPONİYA
Güclü zəlzələ Yaponiyanın Noto yarımadasını viran qoyub
1 yanvar 2024-cü il tarixində Yaponiyanın İşikava əyalətinin mərkəzində yerləşən Noto yarımadasında 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ və ondan sonra baş verən kiçik yeraltı təkanlar evləri və yolları bərbad vəziyyətə salıb. 33 000-dən çox insan təxliyə edilib. Təxminən 400 insan xəsarət alıb, 78 nəfər həyatını itirib.
Bacı-qardaşlara təsiri
Bacı-qardaşlar arasında ölən yoxdur
1 qardaşımız yüngül xəsarət alıb
150-dən çox bacı-qardaşımız təxliyə olunub
2 ev dağılıb
7 evə ciddi ziyan dəyib
100-dən çox evə cüzi ziyan dəyib
1 ibadət evinə ciddi ziyan dəyib
8 ibadət evinə cüzi ziyan dəyib
Yardım işləri
Bacı-qardaşlara kömək üçün Zərərçəkənlərə yardım komitəsi təyin olunub.
Bacı-qardaşları ruhlandırmaq üçün Yaponiya filialından zəlzələnin baş verdiyi əraziyə qardaşlar göndərilib. Eləcə də rayon nəzarətçiləri və yerli ağsaqqallar fəlakətdən zərər çəkən dindaşlarımıza ruhani və əməli yardım göstərir.
Biz əminik ki, Yehova Yaponiyadakı bacı-qardaşlarımız üçün sığınacaq olacaq və onlara bu dar vaxtda lazım olan gücü və təsəllini verəcək (Zəbur 18:2).