Kontentə keç

23 OKTYABR 2019
YAPONİYA

«Haqibis» — Yaponiyada tüğyan edən son tayfun

«Haqibis» — Yaponiyada tüğyan edən son tayfun

12—13 oktyabr 2019-cu il tarixlərində Yaponiyada tüğyan edən «Haqibis» tayfunu ən azı 77 nəfərin həyatına son qoyub və güclü daşqınlara səbəb olub. On minlərlə ev işıqsız və susuz qalıb. İtkin düşənlərin axtarışı davam edir. «Haqibis» 1958-ci ildən bəri Yaponiyada baş vermiş ən güclü tayfun adlandırılır. Bəzi ərazilərdə yağıntının miqdarı 889 millimetrdən çox olub.

Bütün bacı-qardaşlarımızla əlaqə saxlanılıb, onların arasında ölən yoxdur. Lakin on nəfər cüzi xəsarət alıb. Bacı-qardaşlarımızın yaşadığı 1200-dən çox evə ziyan dəyib. 23 ibadət evinə ziyan dəyib, onlardan 3-ü daşqın və ya elektrik enerjisinin kəsilməsi ucbatından hal-hazırda yararsız vəziyyətdədir. Totiqidəki Toplantı zalına cüzi ziyan dəyib.

Fukusima və Naqano prefekturalarında Təbii fəlakətdən zərərçəkənlərə yardım komitələri təşkil olunub. Təbii fəlakətin vurduğu ziyanın miqyası barədə daha dəqiq məlumat alınandan sonra əlavə yardım komitələri təşkil edilə bilər. Zərərçəkmiş bacı-qardaşlar su və ərzaqla təmin olunur. Həmin ərazidə xidmət edən rayon nəzarətçilərinə onlara təsəlli vermək və dəstək olmaq tapşırılıb.

Biz əminik ki, Yehova fəlakətlə üzləşən bacı-qardaşlarımız üçün bundan sonra da pənah yeri olacaq (Zəbur 142:5).