Kontentə keç

Yuxarıda solda: Qardaşlar çap dəzgahında çalışırlar (1972-ci il, Numazu). Yuxarıda sağda: Yapon dilində ilk «Oyanın!» jurnalının nüsxələri. Aşağıda: Ebinadakı çapxana

4 OKTYABR 2022
YAPONİYA

Yaponiyada çap işinin 50 illiyi

Yaponiyada çap işinin 50 illiyi

2022-ci ildə Yaponiyada həyata keçirilən çap işinin 50 ili tamam oldu.

1950—1960-cı illərdə Yaponiyada 70 xüsusi təyinatlı müjdəçi də daxil olmaqla, bacı-qardaşlarımızın xidmətdə göstərdikləri şövq sayəsində təbliğçilərin sayında böyük artım oldu. Yapon dilində Müqəddəs Kitaba əsaslanan nəşrlərə artan tələbatı ödəmək üçün qərar verildi ki, Yaponiya filialında «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının çapına başlanılsın.

1969-cu ilin oktyabr ayında Tokioda keçirilən «Yer üzündə sülh» adlı beynəlxalq toplantıda Neytan Norr qardaş Fudziyama dağının ətəyində yerləşən Numazu şəhərində yeni filialın tikiləcəyini və orada çapxananın olacağını elan etdi.

Numazu şəhərindəki Beytel çapxanasının ilk illəri. Qardaşlar çap etmək üçün qəliblər hazırlayırlar

Tikinti 1972-ci ilin yanvar ayında başladı. 1972-ci il avqustun 15-dək işçilər 40 ton çəkisi olan çap dəzgahını və jurnalları hazırlamaq üçün lazım olan digər avadanlıqları quraşdırdılar. Yeni filialda çap olunan ilk nəşr yapon dilində «Oyanın!» jurnalının 1972-ci il 8 oktyabr sayı oldu. Həmin vaxtlarda çap dəzgahında işləyən qardaş deyir: «Qutuların içində təzəcə çapdan çıxmış jurnalları görəndə sevincdən göz yaşlarımı saxlaya bilmədim».

1982-ci ildə filial Ebina şəhərində tikilmiş yeni Beytel kompleksinə köçürüldü. Bu kompleks əvvəlkindən üç dəfə böyük idi. Oradakı çapxanada ofset çap dəzgahları və yüksəksürətli cildləmə avadanlığı quraşdırılmışdı. «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları ilə yanaşı filial «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ni, eləcə də 200-dən çox dildə Müqəddəs Kitaba əsaslanan nəşrləri çap etməyə başladı.

Ebina Beytelinin çapxanasında işləyən qardaşlar son model çap dəzgahlarında mürəkkəbin miqdarını tənzimləyirlər

Hal-hazırda Yaponiyadakı çapxanada «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarının hər ay ümumilikdə 13,2 milyon nüsxəsi çap olunur. 2013-cü ildən bəri çapxanada 100-dən çox dildə Müqəddəs Kitabın 20 milyondan çox nüsxəsi çap olunub və dünyanın 50-dən çox ölkəsinə göndərilib.

1972-ci ildə Yaponiyada təqribən 13 000 təbliğçi var idi. 50 il sonra, 2022-ci ildə bu say 213 000-i ötdü. Bu çapxananın Yaponiyada, eləcə də dünyanın digər ölkələrində müjdənin yayılmasına verdiyi töhfəni görmək bizi çox sevindirir (Mətta 28:19, 20).