Kontentə keç

17 SENTYABR 2019
YAPONİYA

Yaponiyada «Faksay» tayfunu

Yaponiyada «Faksay» tayfunu

9 sentyabr 2019-cu il tarixində güclü «Faksay» tayfunu Tokionun (Yaponiya) sahillərinə çatıb. Tayfun sürəti saatda 180 kilometrə çatan və 580000 evi elektrik enerjisiz qoyan küləklə müşayiət olunub. Ən azı üç nəfər ölüb.

Yaponiya filialından verilən xəbərə görə, bacı-qardaşlarımız arasında ölən yoxdur, amma yeddi nəfər xəsarət alıb. İlkin hesablamalara görə, fırtına nəticəsində bacı-qardaşlarımızın yaşadığı 895 evə, 28 ibadət evinə və Tiba şəhərində yerləşən bir Toplantı zalına zərər dəyib.

Filial «Faksay» tayfununun bacı-qardaşlarımıza vurduğu zərəri hesablamağa davam edir. Biz dua edirik ki, «dözüm və təsəlli verən Allah» Yehova fəlakətdən zərər çəkmiş bacı-qardaşlarımıza dəstək olmağa davam etsin (Romalılara 15:5).