Kontentə keç

10 SENTYABR 2019
YAPONİYA

Yaponiyada daşqın baş verib

Yaponiyada daşqın baş verib

28 avqust 2019-cu il tarixində Yaponiyanın Küsü adasında yağan leysan yağışları çayların öz məcrasından çıxmasına və böyük ərazidə daşqının baş verməsinə səbəb olub. Torpaq sürüşməsi təhlükəsi olduğundan 800000-dən çox insan təxliyyə edilib. Yaponiya filialı xəbər verib ki, 82 təbliğçi öz evini tərk etməli olub. Son məlumatlara əsasən, bacı-qardaşlara məxsus 40 evə ziyan dəyib. Bir ibadət evinə isə cüzi ziyan dəyib.

Filial zərərçəkən təbliğçilərə kömək məqsədilə Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil edib. Rayon nəzarətçiləri yerli ağsaqqallarla və təbliğçilərlə birgə köməyə ehtiyacı olan bacı-qardaşların ruhani və fiziki tələbatlarının qayğısına qalırlar. Biz necə də şadıq ki, məhəbbət çoxlarını fəlakətlə üzləşən bacı-qardaşlarımıza kömək əllərini uzatmağa təşviq edir (2 Korinflilərə 8:4).