Kontentə keç

Yaponiyanın cənub-qərbində böyük dalğalar yola çırpınır

10 OKTYABR 2019
YAPONİYA

Yaponiyanın cənubunda «Tapa» tayfunu tüğyan edib

Yaponiyanın cənubunda «Tapa» tayfunu tüğyan edib

2019-cu il sentyabrın 21-dən 23-dək Yaponiyanın cənubunda güclü külək və yağışla müşayiət olunan «Tapa» tayfunu tüğyan edib. Qasırğa uçuşların təxirə salınmasına, qatarların hərəkətində gecikmələrə və 30000-dən çox evin elektrik enerjisinin kəsilməsinə səbəb olub. Okinava və Küsü adalarında 50-dən çox insan xəsarət alıb.

Yaponiya filialından verilən xəbərə görə, beş təbliğçi xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib. Qardaşlarımızın yaşadığı 50-dən çox evə ziyan dəyib. Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi və məsul qardaşlar zərərçəkmiş təbliğçilərin zəruri fiziki və ruhani ehtiyaclarının qayğısına qalırlar. Yaponiya filialı vəziyyəti nəzarətdə saxlayaraq bundan sonra da lazımi köməyi göstərəcək.

Biz dua edirik ki, Yaponiyadakı qardaşlar bu çətin sınaq zamanı təsəllini Yehovada axtarmağa davam etsinlər (Zəbur 94:19).