23 İYUL 2020
YAPONİYA
Yaponiyanın cənubunda leysan yağışları və daşqın dağıntılara səbəb olub
Yaponiyanın Küsü adasında 2020-ci il iyul ayının əvvəlində rekord həddə çatan yağıntı qeydə alınıb. Şiddətli leysan yağışları daşqına və torpaq sürüşmələrinə səbəb olub. Təbii fəlakət ən çox Minamata və Hitoyoşi (Kumamoto prefekturası), eləcə də Omuta (Fukuoka prefekturası) şəhərlərində yaşayan bacı-qardaşlara ziyan vurub. Yehovanın Şahidləri arasında ölən yoxdur. Amma bir bacı və bir qardaş cüzi xəsarət alıb. Həmçinin dindaşlarımızın yaşadığı 48 evə və iki ibadət evinə daşqın, digər iki ibadət evinə isə torpaq sürüşməsi nəticəsində ziyan dəyib.
Küsü və Okinava adalarında COVID-19 pandemiyası ilə əlaqədar Yaponiya filialının təyin etdiyi Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərirdi. İndi həmin komitəyə daşqından zərər çəkən bacı-qardaşlara kömək etmək tapşırılıb. Yerli layihə-inşaat şöbəsinin nümayəndələri və o ərazidə xidmət edən rayon nəzarətçiləri təcili yardım işlərində kömək edirlər.
Biz dua edirik ki, «dözüm və təsəlli verən Allah» Yehova bu fəlakətdən əziyyət çəkən bacı-qardaşlarımıza bundan sonra da dayaq olsun (Romalılara 15:5).