Kontentə keç

12 İYUL 2018
YAPONİYA

Yaponiyanın qərbində baş verən daşqın

Yaponiyanın qərbində baş verən daşqın

Yaponiyanın qərbində dağıdıcı daşqınlara və torpaq sürüşmələrinə səbəb olan şiddətli yağışlar nəticəsində ən azı 169 insan həyatını itirib və 255000-dən çox evin sakini susuz qalıb.

Bu təbii fəlakət ucbatından həyatını itirənlər arasında Yehovanın Şahidləri olmasa da, 200 nəfər bacı-qardaşımız təxliyyə olunub və bir bacımız yaralanıb. Yaralanan bacımız xəstəxanada dərhal tibbi yardım aldığına görə artıq sağalır. Dindaşlarımıza məxsus ən azı 103 ev zərər görüb və biri tamamilə sıradan çıxıb. Həmçinin daşqın 11 ibadət evinə və bir Toplantı zalına ziyan vurub.

Zərərçəkən bacı-qardaşlarımıza təsəlli vermək, onları Müqəddəs Kitab vasitəsilə ruhlandırmaq, eləcə də ərzaq, paltar və təmiz su da daxil olmaqla, dərhal praktiki yardımla təmin etmək üçün dörd Təbii fəlakətdən zərərçəkənlərə yardım komitələri yaradıldı. Bu komitələr həmçinin təmizlik, dezinfeksiya və qardaşlarımızın dağılmış evlərini bərpa etmək kimi uzunmüddətli yardım işlərini təşkil etdi.

Biz Yaponiyadakı təbii fəlakətdən zərərçəkən bacı-qardaşlarımız üçün daima dua edirik və İsa Məsihin yer üzündə bütün təbii fəlakətləri birdəfəlik aradan qaldıracağı günü səbirsizliklə gözləyirik (Mətta 8:26, 27).

 

Əlavə məlumat