Kontentə keç

13 SENTYABR 2018
YAPONİYA

Yaponiyada tüğyan edən «Cebi» tayfunu

Yaponiyada tüğyan edən «Cebi» tayfunu

Çərşənbə axşamı, 4 sentyabr 2018-ci il tarixində Yaponiyanın qərbində şiddətli tayfun baş verdi. Məlumata əsasən, bu, ölkədə son iyirmi il ərzində müşahidə olunan ən güclü tayfun hesab olunur. Hökumət nümayəndələri geniş miqyaslı təxliyyə işləri həyata keçirdi. Bu dəhşətli tayfun ciddi fəsadlara səbəb oldu.

Yaponiya filialı bildirdi ki, ölənlər arasında Yehovanın Şahidləri yoxdur. Bununla belə, ən azı 15 bacı-qardaşımız yaralanıb və dindaşlarımıza məxsus ən azı 538 ev dağılıb. Həmçinin ilkin hesabatlara əsasən, 44 ibadət evi sıradan çıxıb.

Osaka və Sakay adlı Təbii fəlakətdən zərərçəkənlərə yardım komitələri kömək əlini əsirgəmir. Bu komitələr dağılmış evlərin yenidən təmiri, eləcə də Müqəddəs Kitabdan təsəlli vermək kimi önəmli yardım işlərinin həyata keçirilməsində əməkdaşlıq edirlər.

Yehovaya minnətdarıq ki, O, dindaşlarımızın üzləşdiyi çətin vəziyyətdən agahdır və bacı-qardaşlar vasitəsilə onlara arxa-dayaq olur (Zəbur 34:19).