Kontentə keç

28 SENTYABR 2018
YAPONİYA

Zəlzələ Yaponiyanın Hokkaydo adasını viran qoyur

Zəlzələ Yaponiyanın Hokkaydo adasını viran qoyur

6 sentyabr 2018-ci il tarixində 6,7 bal gücündə zəlzələ Yaponiyanın şimalında olan Hokkaydo adasını viran qoydu. Bu zəlzələ 41 insanın ölümünə, eləcə də adada geniş miqyaslı elektrik kəsintisinə, ictimai nəqliyyat və rabitə əlaqələrinin məhdudlaşmasına səbəb oldu.

Yaponiya filialı bildirir ki, zəlzələ ucbatından ölənlər arasında bacı-qardaşlarımız olmasa da, onlardan yeddisi xəsarət alıb. Ümumilikdə, dindaşlarımıza məxsus 100 ev və 4 ibadət evi dağılıb.

Zəlzələdən dərhal sonra təbliğçilər filialın göstərişi ilə zərərçəkən bacı-qardaşlarımızı ərzaq, su və digər zəruri tələbatlarını təmin etdilər. Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi uzunmüddətli yardım işlərinin həyata keçirilməsini təşkil etdi.

Yehovaya dua edirik ki, zəlzələ nəticəsində zərərçəkən bacı-qardaşlarımıza qəlb rahatlığı bəxş etsin (Filippililərə 4:6, 7).