10 OKTYABR 2018
YAPONİYA
Yaponiyada tüğyan edən «Trami» tayfunu
Bazar günü, 30 sentyabr 2018-ci il tarixində, axşam saatlarında Yaponiyanın cənubunda «Trami» tayfunu tüğyan edib. 1-ci kateqoriyaya aid edilən bu qasırğa özü ilə şiddətli külək və leysan gətirib. Qasırğa ölkənin şimalına doğru hərəkət etdiyindən intensivliyi azalıb və bazar ertəsi, oktyabrın 1-i Tokioya çatıb. Üç insan həyatını itirib, təxminən 200 insan xəsarət alıb və 1,3 milyondan çox ev elektriksiz qalıb.
Rayon nəzarətçilərinin verdiyi məlumata əsasən, Yaponiyanın cənubundakı Okinava adası daha çox zərər görüb. Okinavanın üç rayonundan və ətraf ərazilərdən olan qardaşlar bildirib ki, dindaşlarımız arasında ölənlər yoxdur, amma doqquz nəfər yaralanıb. Tayfun həmçinin Okinava adasındakı dindaşlarımıza məxsus təxminən 120 evə və 5 ibadət evinə ziyan vurub. Bundan əlavə, Yaponiyanın qasırğaya məruz qalan başqa rayonlarında 41 ibadət evinə də ziyan dəyib.
Rayon nəzarətçiləri və Yerli layihə-inşaat şöbəsinin üzvləri təbii fəlakətin vurduğu zərərin miqdarını müəyyən etmək və həm ruhani, həm də maddi ehtiyacları qarşılamaq üçün araşdırmalarına davam edir.
Hal-hazırda Yaponiyada tüğyan edən bu qasırğadan və digər təbii fəlakətlərdən zərərçəkən dindaşlarımız üçün daima dua edirik. Biz əminik ki, Allahımız Yehova bacı-qardaşlarımızın ürəyinə təsəlli, qollarına qüvvət verəcək (2 Salonikililərə 2:17).