7 NOYABR 2018
YAPONİYA
Yehovanın Şahidləri Yaponiyada baş verən daşqının qurbanlarına yardım edir
2018-ci il iyul ayında 47000-dən çox bacı-qardaşımızın yaşadığı Yaponiyanın qərb bölgələrində daşqınlar baş verdi. Təbii fəlakətdən dərhal sonra təxminən 4900 könüllü dindaşlarımıza məxsus zərər görmüş evləri, ibadət evlərini təmizləmək və təmir etmək üçün hərəkətə keçdilər.
Bacı-qardaşlarımız üç Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsinin rəhbərliyi altında daşqın ucbatından ziyan görən doqquz ibadət evini təmizləyib və təmir edib. Bir ibadət evi hal-hazırda təmir olunur. Həmçinin dindaşlarımıza məxsus 184 ev artıq tam və ya qismən təmir olunub və 11 evin bu il ərzində təmir olunması planlaşdırılıb.
Ehimedə yaşayan və üç övladı olan Taro Abeyə və həyat yoldaşı Keikoya yardım əli uzadıldı. Ailənin evi daşqına məruz qalandan üç gün sonra qonşu ərazilərdən gələn dindaşlarımız dərhal onların evlərini təmir etməyə başladılar və hətta evin döşəməsini dəyişdilər. Üstəlik, yerli bacı-qardaşlarımız uşaqlar üçün yeni çarpayılar və masalar hədiyyə etdilər.
20 sentyabr 2018-ci il tarixində başqa bir təyinat üçün Yaponiyada olan Rəhbərlik Şurasının üzvü Cefri Ceksonun Okayamada bir ibadət evində keçirilən xüsusi görüşdə ruhlandırıcı məruzə söyləmək imkanı oldu. O, məruzəsində Yehovanın həmişə xalqının qeydinə qaldığını və onlara təsəlli verdiyi vurğuladı. Onu dinləyən ümumilikdə 36691 bacı-qardaşın arasında Yaponiyada müəyyən müddət ərzində baş verən zəlzələ və qasırğalardan zərər çəkənlər də var idi. Cefri Cekson qardaş həmçinin təbii fəlakətdən zərərçəkənlərə ayrı-ayrılıqda yaxınlaşıb təskinlik verdi.
Yaponiyadakı bacı-qardaşlarımızla birgə Yehovanın təşkilatının bir parçası olmaqdan məmnunluq duyuruq. Çünki bu təşkilat vasitəsilə məhəbbət dolu Allahımızın qayğısını üzərimizdə hiss edirik (2 Korinflilərə 1:3, 4).