Kontentə keç

27 İYUL 2018
YUNANISTAN

Yunanıstanda meşə yanğını

Yunanıstanda meşə yanğını

Güclü fırtına küləkləri nəticəsində artan meşə yanğınları Yunanıstanın Afina şəhərinin hüdudlarında insan və əmlak tələfatına səbəb olub. Ən azı 76 nəfər həyatını itirib, 187 nəfər isə yanğından xəsarət alıb. Bu yanğın on il ərzində ölkədə baş verən ən ölümcül yanğın hesab olunur.

Yehovanın Şahidlərinin Yunanıstandakı filialı məlumat verir ki, bu fəlakət zamanı ölənlər və ya yaralananlar arasında heç bir dindaşımız yoxdur. Bununla belə, fəlakətdən zərər görən ərazilərdə yaşayan bütün bacı-qardaşlarımız təxliyyə olunub və hal-hazırda yaxınlıqdakı yığıncaq üzvlərinin evlərinə sığınıblar. Üstəlik, Yehovanın Şahidlərinə məxsus dörd evə böyük ziyan dəyib, bir ev isə tamamilə dağılıb.

Bu fəlakətdən zərər çəkənlərdən ötrü, eləcə də qardaşlıq məhəbbəti göstərib evlərinin qapısını dindaşlarına açan bacı-qardaşlardan ötrü dua edirik (Yəhya 13:34, 35). Bilirik ki, Yehova çətinlikdə olan bacı-qardaşlarımıza bundan sonra da qol-qanad olacaq.