12 APREL 2021
ZAMBİYA
Mambve-lunqu dilində İncilin «Yeni Dünya Tərcüməsi» buraxılıb
3 aprel 2021-ci il tarixində Zambiya filial komitəsinin üzvü Albert Musonda mambve-lunqu dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin elektron formatda buraxılışını elan edib. Əvvəlcədən yazıya alınmış proqrama Zambiya və Tanzaniyadakı təbliğçilər baxıb. Mambve-lunqu dilində Zambiyada 2531, Tanzaniyada isə 325 təbliğçi danışır. Tanzaniyada bu dilə fipa da deyilir.
Tərcümə üzərində 21 ay ərzində üç nəfərdən ibarət qrup işləyib. Bir tərcüməçi deyir ki, bəzilərinə mambve-lunqu dilində olan köhnə Müqəddəs Kitabı oxumaq çətindir, çünki orada çoxlu köhnəlmiş sözlərdən istifadə olunub. Başqa bir tərcüməçi yeni buraxılmış «Yeni Dünya Tərcüməsi» haqqında deyir: «Bu Müqəddəs Kitab insanların gündəlik danışdıqları dildədir».
Əminik ki, Yehovanın verdiyi bu gözəl hədiyyə sayəsində mambve-lunqu dilində danışan insanlar Allahın Kəlamını sevə-sevə oxuyacaq (Zəbur 1:2).