10 İYUL 2023
ZAMBİYA
Zambiya jest dilində «Mətta» kitabı işıq üzü gördü
1 iyul 2023-cü ildə Zambiya filial komitəsinin üzvü Yan Cefferson qardaş Lusaka şəhərindəki toplantı zalında keçirilən xüsusi proqram zamanı Zambiya jest dilində Müqəddəs Kitabın «Mətta» bölməsinin buraxılışını elan etdi. Tədbirdə 922 nəfər iştirak etdi. Bu, Zambiya jest dilində çıxan ilk Müqəddəs Kitab bölməsidir. Kitabı jw.org saytından və «JW Library Sign Language» tətbiqindən yükləmək olar.
Zambiya jest dilində ilk yığıncaq 2008-ci ilin mart ayında təsis edilmişdi. 2012-ci ildə Lusakadakı filialda Zambiya jest dili tərcümə qrupu yaradıldı. Bu gün bütün ölkədə Zambiya jest dilində 16 yığıncaqda və 11 qrupda təxminən 500 təbliğçi xidmət edir.
Tərcümənin nə qədər sadə və aydın olduğunu göstərmək üçün Yan qardaş Mətta 18:22 ayəsini oxudu. O dedi ki, ingilis dilində bu ayədə 18 söz var. Bu sözlərin hərfi tərcüməsini Zambiya jest dilində danışanlara başa düşmək çətin olardı. Amma tərcümədə eyni fikri vermək üçün cəmi iki jestdən istifadə olunub. Qardaş bildirdi: «Bu cür dəqiq və sadə tərcümə insanlara Allahın Kəlamını izləməyə, başa düşməyə və ondan fayda əldə etməyə kömək edir».
«Mətta» kitabının Zambiya jest dilində çıxması bir daha sübut edir ki, Yehova «hər cür insana xilas [gətirir]» (Titusa 2:11).