Kontentə keç

22 APREL 2019
ZİMBABVE

Yehovanın Şahidləri şona dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış versiyasını nəşr edib

Yehovanın Şahidləri şona dilində «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış versiyasını nəşr edib

17 mart 2019-cu ildə Zimbabvedə Harare Toplantı zalında keçirilən xüsusi tədbirdə Rəhbərlik Şurasının üzvü Kenet Kuk Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin şona dilində yenidən baxılmış versiyasının çıxdığını elan edib. Bu tərcümə üç ilə ərsəyə gəlib.

Həmin Toplantı zalında 2500-ə yaxın Yehovanın Şahidi iştirak edib. 43000 nəfər isə 295 ibadət evi və 4 Toplantı zalından görüşə qoşulub. Bir qardaş deyir: «Mən bu yenidən baxılmış Müqəddəs Kitabdan xidmətdə istifadə etməyimi səbirsizliklə gözləyirəm. Tərcümənin dili asan və xoşdur, onu oxuduqca oxumaq istəyirsən. Yehovaya bu hədiyyəyə görə çox minnətdarıq».

Bu nəşrdən şona dili sahəsində xidmət edən 38000 təbliğçi faydalana biləcək. Bundan əlavə, bu nəşr Zimbabve əhalisinin 80 faizini təşkil edən şonadilli 9000000 insana təbliğ etməkdə onlara yardımçı olacaq.

Müqəddəs Kitabın hər yeni nəşri Yehovanın ümumdünya tərcümə işinə verdiyi xeyir-duanın bariz nümunəsidir. Biz Onun Kəlamının daha çox oxucuların doğma dillərində əlçatan olmasına çox sevinirik (Həvarilərin işləri 2:8).