Kontentə keç

Zimbabve Beynəlxalq Ticarət Sərgisində jw.org stendi çoxlu sayda ziyarətçinin diqqətini çəkir

13 İYUN 2023
ZİMBABVE

Zimbabve Beynəlxalq Ticarət Sərgisində müjdə təbliğ olunur

Zimbabve Beynəlxalq Ticarət Sərgisində müjdə təbliğ olunur

25—29 aprel 2023-cü ildə Zimbabvenin Bolvayo şəhərində Zimbabve Beynəlxalq Ticarət Sərgisi keçirilib. Bu sərgi ölkədə keçirilən ən böyük sərgilərdən biridir. Orada 22 ölkədən 500 nümayəndə iştirak edib, ziyarətçilərin sayı isə 60 000-dən çox olub. Yehovanın Şahidləri təhsil və təlim kateqoriyası üzrə iştirak ediblər.

Müxtəlif ölkələrdən gələn qonaqlar üçün Zimbabve jest dili də daxil olmaqla, on dildə Müqəddəs Kitaba əsaslanan nəşrlər nümayiş etdirilirdi. Xüsusi maraq göstərənlərə Müqəddəs Kitab dərsliyi də təklif olunurdu. Tədbirin sonunda Müqəddəs Kitaba əsaslanan 12 000-dən çox ədəbiyyat paylanılmışdı. 450-dən çox insan xahiş etmişdi ki, Yehovanın Şahidləri onları ziyarət etsin. Qonaqları qarşılayan Yusebiya Mukura bacı deyir: «Çoxlu sayda insan onlarla Müqəddəs Kitab dərsi keçməyi xahiş etdi. Onlar deyirdilər ki, Yehovanın Şahidlərinin gəlişini səbirsizliklə gözləyirlər. Bunu eşitmək ürəyimi riqqətə gətirirdi».

Tədbirdə Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi» də sərgilənirdi. Bir nəfər ndebele dilində Müqəddəs Kitabı hündürdən oxuyanda bunu eşidən başqa bir qadın kitabın nə qədər aydın tərcümə olunduğuna heyran oldu və xahiş etdi ki, bir nüsxəsini də ona versinlər. Başqa bir gənc qadın isə «Yeni Dünya Tərcüməsi»ni oxumaq üçün telefonuna «JW Library» tətbiqini yüklədiyini sevinclə bacıya söylədi.

Sərgidə ziyarətçilərə kömək edən Cilian Elerman bacı deyir: «Unudulmaz bir təcrübə idi. İnsanlar durmadan stendimizə yaxınlaşırdılar. Yehovanın adı şərəfləndi!»

Zimbabvedəki bacı-qardaşlarımızın hər fürsətdən istifadə edərək həqiqət barəsində dəqiq biliyi bölüşdüyünü görmək bizi çox sevindirir (1 Timutiyə 2:4).