Kontentə keç

O, məhbuslardan öyrəndi

O, məhbuslardan öyrəndi

 Bir adam 2011-ci ildə Eritreyadan Norveçə mühacirət edir. O, burada Yehovanın Şahidləri ilə qarşılaşanda onlara deyir ki, vətənində də onlarla qarşılaşıb. Əsgərlikdə olanda əqidələrinə görə əsgərliyə getməkdən imtina edən Yehovanın Şahidlərini görüb və orada onların pis rəftara məruz qaldıqlarının şahidi olub.

 Həmin adamın həyatında gözlənilməz hadisələr baş vermişdi və nəticədə həbsxanaya atılmışdı. O, burada 1994-cü ildən bəri əqidələrinə görə həbs edilən Paulos Eyassu, Negede Teklemariam və İsaak Moqos adlı üç Yehovanın Şahidinin yanına düşmüşdü.

 Həbsxanada olanda o, Yehovanın Şahidlərinin öyrətdiklərinə uyğun yaşadıqlarını görmüşdü. O, onların dürüstlüyünə və öz yeməklərini başqa məhbuslarla bölüşdüklərinə diqqət yetirmişdi. O müşahidə etmişdi ki, Yehovanın Şahidi olan məhbuslar hər gün birlikdə Müqəddəs Kitab oxuyur və başqalarını onlara qoşulmağa dəvət edirdilər. Onlara əqidələrindən imtina etdiklərinə dair ərizəni imzalamağı və azadlığa çıxmalarını təklif edəndə onlar bundan imtina edirdilər.

 Bütün bunlar bu səmimi insanda dərin iz buraxmışdı və Norveçdə məskunlaşdıqdan sonra Yehovanın Şahidlərinin belə möhkəm imana sahib olduqlarının səbəbini öyrənmək istəyirdi. Beləliklə, Yehovanın Şahidləri onunla əlaqə saxlayanda o, dərhal onlarla Müqəddəs Kitab dərsi keçməyə başlayır və ibadət görüşlərinə qatılır.

 O, 2018-ci ilin sentyabr ayında Yehovanın Şahidi kimi vəftiz olundu. İndi o, hər fürsətdən istifadə edir ki, Eritreya və Sudandan olan insanlarla əlaqə saxlasın, onlarla Müqəddəs Kitab dərsinə başlasın və onların imanlarını möhkəmləndirsin.