Kontentə keç

Məktəblilər xuliqanlığa qarşı durmağı öyrənirlər

Məktəblilər xuliqanlığa qarşı durmağı öyrənirlər

Britaniyada yaşayan on yaşlı Hüqo bir xeyriyyə təşkilatı tərəfindən Şahzadə Diana mükafatı ilə təltif olundu. O, məktəb yoldaşlarına xuliqanlığa qarşı durmağa kömək etdiyi üçün bu mükafata layiq görülmüşdü.

Hüqo deyir: «Mən bu mükafata görə “Əl-qol atmadan xuliqanın cavabını ver” qələm animasiyasına borcluyam. Yalnız jw.org saytından baxdığım videodan öyrəndiklərim sayəsində xuliqanlığa qarşı duranların nümayəndəsi oldum».

«Dünyanın hər yerində uşaqlar hər gün xuliqanların əlindən əziyyət çəkirlər... Qorxma çıxış yolu var». («Əl-qol atmadan xuliqanın cavabını ver» adlı videodan bir sitat)

Hüqo «Əl-qol atmadan xuliqanın cavabını ver» videosunu əvvəlcə müəlliməsinə göstərdi. Daha sonra isə bütün şagirdlərin jw.org saytına daxil ola bilməsi üçün tədbir görüldü. Hüqo ilə eyni məktəbdə oxuyan 8—10 yaşlı uşaqların çoxu artıq jw.org saytına mütəmadi olaraq daxil olurlar. Şagirdlər deyirlər ki, bu sayt onlara xuliqanlığın öhdəsindən gəlməklə yanaşı, həm də əsil dostları necə tapa biləcəklərini öyrədir.

İşə yarayan metodlar

Digər bir Britaniya məktəbində oxuyan səkkiz yaşlı Elayşə də xuliqanlıqla üzləşirdi. O və ailəsi birlikdə «Əl-qol atmadan xuliqanın cavabını ver» adlı videonu diqqətlə nəzərdən keçirdi. Onlar birlikdə məktəbdə xuliqanlıqla qarşılaşan zaman onun necə davranacağını məşq etdilər. Bu, Elayşəyə kömək etdi ki, problemin öhdəsindən uğurla gəlsin. Daha sonra isə anti-xuliqanlıq həftəsində Elayşənin direktor müavini bu videonu bütün məktəbə göstərdi.

Əlbəttə, xuliqanlıq təkcə Britaniyada problem deyil. Bu cür hadisələr dünyanın hər yerində baş verir və bu qələm animasiyası da dünyanın hər yerində olan gənclərə kömək edir.

Birləşmiş Ştatlarda yaşayan on yaşlı Ayvi ona ilişdiyi üçün bir sinif yoldaşından qorxurdu. «Əl-qol atmadan xuliqanın cavabını ver» adlı videoya baxandan sonra Ayvi qorxusuna qalib gəldi. O, həmçinin məsələni müəlliminə danışdı. Müəllim də ona kömək etdi. Axırda sinif yoldaşı ondan üzr istədi. İndi aralarında mehribançılıq var.

Yehovanın Şahidləri gənclərin yaxşılığını düşünür. Biz bundan sonra da onlara bu cür problemləri həll etməyə kömək edən faydalı məsləhətlər verməyə davam edəcəyik.