Kontentə keç

Yehovanın Şahidləri Mərkəzi Avropadakı qaçqınlara yardım edirlər

Yehovanın Şahidləri Mərkəzi Avropadakı qaçqınlara yardım edirlər

Son illərdə Afrikadan, Yaxın Şərqdən və cənubi Asiyadan xeyli sayda qaçqın Mərkəzi Avropaya köç edib. Onlara kömək etmək məqsədilə dövlət orqanları, yerli könüllü təşkilatları onları qida ilə, çadırlarla təmin edir və onlara tibbi yardım göstərirlər.

Təbii ki, qaçqınların fiziki yardımdan savayı başqa ehtiyacları da var. Onlardan çoxu travma yaşayır, buna görə də onların həm də təsəlli və ümidə ehtiyacları var. Mərkəzi Avropadakı Yehovanın Şahidləri qaçqınları dinləməyə və onlara Müqəddəs Kitabdakı təsəlliverici xəbəri çatdırmağa çalışırlar.

Müqəddəs Kitabdakı təsəlliverici xəbər

2015-ci ilin avqust ayından etibarən, Yehovanın Şahidlərinin Avstriya və Almaniyadakı 300-dən çox yığıncağının üzvləri qaçqınlara təsəlli vermək üçün əllərindən gələni edirlər. Şahidlər fikir vermişlər ki, qaçqınlara xüsusilə də aşağıdakı suallara Müqəddəs Kitabdan cavab tapmaq maraqlı gəlir:

2015-ci ilin avqust ayından oktyabr ayına kimi yerli Yehovanın Şahidləri Mərkəzi Avropa filialından dörd tondan çox Müqəddəs Kitaba əsaslanan ədəbiyyat sifariş edib. Bu ədəbiyyatlar pulsuz olaraq qaçqınlara verilib.

Dil səddini aşırıq

Qaçqınların çoxu yalnız ana dillərində danışa bilirlər. Buna görə də Yehovanın Şahidləri yüzlərlə dildə məqalə və videoların yerləşdiyi jw.org saytından istifadə edirlər. Almaniyanın Erfurt şəhərində könüllü kimi xidmət edən Matiyas və Petra deyirlər: «Bəzən biz jestlərlə, şəkillərlə və ya şəkil çəkərək ünsiyyət qururuq». Qaçqınlara Müqəddəs Kitabdakı xoş xəbəri onların doğma dillərində çatdıra bilmək üçün Yehovanın Şahidləri həmçinin «JW Language» dil öyrənmə proqramından istifadə edirlər. Bundan başqa çoxdilli «JW Library» proqramından istifadə edib Müqəddəs Kitab ayələrini oxuyur və videolar göstərirlər.

Güclü təəssüratlar

Almaniyanın Şvaynfurt şəhərindən yaşayan Yehovanın Şahidi olan bir cütlük deyir: «Camaat bizi əhatəyə almışdı. Biz iki saat yarım ərzində qaçqınlara təxminən 360 ədəbiyyat payladıq. Onlardan bir neçəsi təzim edərək minnətdarlıqlarını bildirdilər». Almaniyanın Dits şəhərində yaşayan Uolfqanq bölüşür: «Qaçqınlar ətraflarında onları düşünən insanların olduğunu görəndə sevinirlər. Bəzən onlar bizdən beş-altı dildə ədəbiyyat istəyirlər».

Çoxu ədəbiyyatlarımızı götürən kimi oxumağa başlayır. Başqaları isə qayıdıb bizə minnətdarlıqlarını bildirirlər. Almaniyanın paytaxtı Berlindən olan Yehovanın Şahidi İlonka deyir: «İki gənc oğlan bir neçə ədəbiyyat götürdü. Yarım saat sonra onlar qayıdıb bizə bir az çörək verdilər. Onların minnətdarlıqlarını bildirmək üçün bundan başqa heç nələri yox idi».

«Sağ olun! Çox sağ olun!»

Sosial işçilər, dövlət rəsmiləri və qonşular Yehovanın Şahidlərinin bu təşəbbüsünü çox qiymətləndirirlər. 300 qaçqının qeydinə qalan bir sosial işçi dedi: «Sağ olun! Əcnəbi sakinlərimizin rifahı ilə maraqlandığınız üçün çox sağ olun!» Qaçqın düşərgəsində olan digər bir sosial işçi isə qaçqınlara oxumaları üçün onların ana dillərində ədəbiyyatlar verdiklərinə görə Yehovanın Şahidlərinə demişdi: «İndiyə kimi onların həyatında gündə üç dəfə yemək yeməkdən başqa heç nə yox idi».

Avstriyada yaşayan Marion və əri Stefan patrul çəkən iki polis əməkdaşına bu könüllü xidmətlərinin məqsədini izah etdilər. Polislər onlara minnətdarlıqlarını bildirdilər və oxumaq üçün iki kitab götürdülər. Marion deyir: «Polis dəfələrlə bizə təşəkkür etdi».

Qaçqınlara həmişə yardım edən Avstriyadan olan bir qadın fikir vermişdi ki, hava şəraitindən asılı olmayaraq, Yehovanın Şahidləri qaçqınlara kömək etməyə hazırdılar. Bir gün o, Yehovanın Şahidlərinə deyir: «Söz yox ki, qaçqınların maddi köməyə ehtiyacları var. Ancaq onlar ən çox ümidə ehtiyac duyurlar. Siz onlara məhz bunu verirsiniz».