Kontentə keç

«Gözətçi qülləsi»: heç bir jurnal ona çata bilməz

«Gözətçi qülləsi»: heç bir jurnal ona çata bilməz

«Gözətçi qülləsi» dünyada ən çox sayda buraxılan jurnaldır. Hər buraxılışın tirajı 42 milyon nüsxə təşkil edir. İkinci yerdə «Oyanın!» jurnalı durur; onun tirajı 41 milyondur. Bu jurnalların hər ikisi Yehovanın Şahidləri tərəfindən buraxılaraq 236 ölkə və ərazidə yayılır.

Bəs başqa jurnallar haqqında nə demək olar? ABŞ Jurnal Naşirləri Assosiasiyasının məlumatına görə, ABŞ-da satılan jurnallar arasında birinci yeri Amerika Təqaüdçülər Assosiasiyası (AARP) təşkilatının jurnalıdır. Jurnal 50 yaşdan yuxarı oxuculara ünvanlanıb. Bu jurnalın tirajı 22,4 milyon nüsxədir. «ADAS Motorvelt» adlı alman jurnalının orta tirajı 14 milyona yaxınlaşır, «Quşi huey» («Hekayələr») adlı Çin jurnalının tirajı isə 5,4 milyon nüsxədir.

Qəzetlərə gəldikdə isə, tirajına görə birinci yeri Yaponiyanın «Yomomuri» qəzeti tutur. Onun müntəzəm tirajı 10 milyondan çoxdur.

Yehovanın Şahidlərinin nəşrləri buraxıldığı dillərin sayına görə digərlərini üstələyir. «Gözətçi qülləsi» 190-dan çox, «Oyanın!» isə 80-dən çox dildə buraxılır. Müqayisə üçün, «Riders daycest» jurnalı 21 dildə çıxır və hər ölkədə onun məzmunu fərqli olur.

Amma adı çəkilən jurnallardan fərqli olaraq, «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları könüllü ianələrin hesabına dərc edilir, onlarda heç bir reklam yoxdur və onlar pulsuz yayılır.

«Gözətçi qülləsi»nin məqsədi — Allahın Kəlamındakı təlimləri, ələlxüsus da Müqəddəs Yazılarda Allahın Səmavi Padşahlığı haqqında deyilənlərlə insanları tanış etməkdir. 1879-cu ildən fasiləsiz olaraq buraxılır. «Oyanın!» jurnalında isə daha çox təbiət və elm kimi ümumi mövzular işıqlandırılır. Məqsədi — Yaradana imanı artırmaqdır. Jurnal həmçinin Allahın Kəlamının həyatda bizə necə kömək edə biləcəyini göstərir.