«Gözətçi qülləsi»nin sadələşdirilmiş nəşri
2011-ci ilin iyul ayından başlayaraq bir il sınaq müddətinə ingilis dilində «Gözətçi qülləsi»nin sadələşdirilmiş nəşri buraxılmağa başladı. Artıq sınaq müddəti bitib; indi qərara alınıb ki, sadələşdirilmiş nəşr buraxılmağa davam edilsin.
2013-cü ilin yanvar ayından etibarən sadələşdirilmiş nəşr həmçinin ispan, portuqal və fransız dillərində çıxacaq.
Sadələşdirilmiş nəşr ingilis dilində keçirilən yığıncaqlarda iştirak edən, lakin ana dili ingilis dili olmayan insanlar üçün nəzərdə tutulub.
Artıq ilk buraxılışdan minnətdarlıq məktubları gəlməyə başlayıb. Bu məktublardan birini Liberiyada yaşayan və heç vaxt məktəbdə oxumayan 64 yaşlı Rebekka adlı bir qadın göndərib. O yazır: «Mən oxumağı öyrənirəm. Əvvəllər mən “Gözətçi qülləsi”ni oxumağı çalışırdım, amma heç nə başa düşə bilmirdim. Sadələşdirilmiş nəşr çox xoşuma gəlir. Mən onu baş düşə bilirəm».
Bir çox valideynlər bu nəşrin köməyi ilə uşaqlarına Yehovanın Şahidlərinin görüşlərinin birinə — «Gözətçi qülləsi»nin müzakirəsinə hazırlaşmağa kömək edirlər.
Üç nəvəsini tərbiyə edən Rozmari adlı digər qadın yazır: «Mənə qızlarımla birlikdə “Gözətçi qülləsi”ndən məqaləni araşdırmaq çox qəliz idi. Sözlərin çoxunu başa düşmək üçün hər dəfə lüğətə baxmalı olurduq. Məqalələrdə hansısa ifadələri sadəcə başa düşmək üçün o qədər vaxt gedirdi ki, qızlar söhbətin nədən getdiyini tez-tez unudurdular. İndi isə biz vaxtı ayələrin oxunmasına və onların mövzu ilə necə bağlı olduğuna sərf edirik».