Kontentə keç

Portativ kitabxana

Portativ kitabxana

Yehovanın Şahidləri 2013-cü il 7 oktyabr tarixində Müqəddəs Kitabı oxumağı və araşdırmağı asanlaşdıran mobil cihazlar üçün «JW Library» adlı proqram çıxarıblar. Proqram pulsuzdur. «Kral Yakovun Müqəddəs Kitabı» və «Yeni Dünya Tərcüməsi»nin a 2013-cü ildə yenidən baxılmış nəşri də içində olmaqla, oraya ingilis dilində altı Müqəddəs Kitab tərcüməsi daxildir.

Proqramın məqsədi

Milyonlarla insanlar iş və ünsiyyət üçün smartfonlar, planşetlər və bu kimi digər cihazlardan istifadə edirlər. Əgər mobil cihazlardan istifadə edənlər Müqəddəs Kitabı oxumaq və araşdırmaq üçün jw.org saytından faydalana bilirlərsə, «JW Library» proqramı nəyə lazımdır?

Birincisi, «JW Library» proqramı bir dəfə yükləndikdən sonra İnternet əlaqəsi olmadan istifadə edilə bilər. İkincisi, bu proqram ayələri daha asan tapmağa və Müqəddəs Kitabı daha dərindən araşdırmağa kömək edir. Gəlin görək necə.

«JW Library» Müqəddəs Kitabı araşdırmağa kömək edir

«JW Library» proqramını açanda ekranda Müqəddəs Kitabdakı kitabların adları çıxır. Hər hansısa bir kitabı seçəndə ekrana həmin kitabın fəsilləri çıxır. Bunun sayəsində istədiyiniz ayəni və ya ayələri bir neçə saniyəyə tapa bilərsiniz. Müqəddəs Kitabı araşdırmağa kömək edən bu proqramın digər özəllikləri də var:

  • alternativ tərcümələri və əlavə məlumatları göstərən haşiyələr;

  • çarpaz istinadlar;

  • hər hansısa sözün və ya ifadənin istifadə olunduğu bütün ayələri tapmağınıza kömək edən axtarış sistemi;

  • hər kitabın əvvəlində qısa icmal;

  • hər kitabın yazıçısını, yazıldığı yeri və vaxtı, o cümlədən əhatə etdiyi dövrü göstərən cədvəl;

  • rəngli xəritələr, sxemlər, zaman xətləri və diaqramlar.

Yehovanın Şahidlərinin bütün nəşrləri kimi, «JW Library» proqramı da pulsuzdur. Tamamilə könüllü ianələr hesabına yaradılan bu Müqəddəs Kitab proqramı artıq bir milyondan çox yüklənilib (2 Korinflilərə 9:7). Bəlkə, siz də bu bənzərsiz portativ kitabxanadan istifadə edəsiniz?

a 2014-cü ilin yanvar ayında proqram yenilənib. İndi oraya gündəlik ayə, eləcə də Yehovanın Şahidlərinin istifadə etdiyi nəğmə kitabı da salınıb.