Kontentə keç

Səhifələri az, dil sayı çox

Səhifələri az, dil sayı çox

2013-cü il yanvar ayından etibarən «Oyanın!» və «Gözətçi qülləsi»nin kütləvi nəşrlərinin səhifələrinin sayı 32-dən 16-a endirilib.

Material həcminin az olması sayəsində jurnalların daha çox dildə dərc edilməsi imkanları artıb. Hal-hazırda «Oyanın!» — 84, «Gözətçi qülləsi» isə 195 dildə dərc edilir.

«Gözətçi qülləsi»nin təlim nəşri, əvvəlki kimi, 32 səhifədə buraxılmağa davam edəcək.

Çap səhifələri az, İnternet səhifələri çox

Jurnalların səhifələrinin azalması özü ilə www.pr418.com saytına iki növ yenilik gətirəcək.

  1. Əvvəllər jurnallarda çıxan bəzi rubrikalar, indi ancaq saytda buraxılacaq. Məsələn, «Gözətçi qülləsi»ndə çıxan «Gənc oxucularımız üçün», «Mən də Müqəddəs Kitabı öyrənirəm» (saytda «Balacalar üçün» adlanır) və Gilead Məktəbinin buraxılışı, eləcə də «Oyanın!» jurnalında çıxan «Ailəvi viktorina» və «Gənclərin sualları» rubrikaları indi ancaq saytda dərc ediləcək.

  2. «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları əlavə elektron formatlarda da hazırlanacaq. Bu vaxta qədər «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları www.pr418.com saytında ancaq PDF-formatda yerləşdirilirdisə, bundan sonra həmin jurnalları HTML-formatda, yəni birbaşa yükləmədən adi İnternet səhifəsi kimi açıb ekrandan oxumaq mümkün olacaq. Həmçinin onu da qeyd edək ki, 400 dildə çıxan digər nəşrlərimizi də saytdan yükləmək olar.