Kontentə keç

Britaniya. Fotoqalereya 4 (mart — avqust 2017)

Britaniya. Fotoqalereya 4 (mart — avqust 2017)

Bu fotoqalereyada mart — avqust 2017-ci il tarixlərində Yehovanın Şahidlərinin Britaniyadakı yeni filialında gedən tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.

28 mart 2017-ci il. Filial

Podratçı yük maşının kranından istifadə edərək ön hissəsi şüşədən ibarət kabini endirir. Yüksək göyərtənin hissəsi olan bu kabin ərazinin çəpərlənmiş təhlükəsiz sahəsinə yerləşdirilir. Ziyarət mərkəzi və yüksək göyərtə 2017-ci ilin may ayında açılıb və avqust ayına qədər 17000-dən çox ziyarətçi bu layihəni görmək üçün qeydiyyatdan keçib.

29 mart 2017-ci il. F yaşayış kompleksi

Podratçılar qüllə kranından istifadə edərək öncədən yığılmış beton lövhə tərtibatını ilk tikilən F yaşayış kompleksinin içinə daşıyırlar. Binanın ətrafında kifayət qədər geniş ərazi olduğundan tərtibatların sökülməsinə ehtiyac olmadan sonrakı qatın tikintisi üçün sürətlə yerləşdirilir.

7 aprel 2017-ci il. Yaşayış kompleksləri

Beş yaşayış binasında eyni vaxta inşaat gedir. Arxa fonda podratçılar B yaşayış kompleksi üçün beton zəmin tökməzdən əvvəl armatur bərkidir. Arxa fonda sağda podratçılar D yaşayış kompleksinin döşəmə plitəsi üçün beton tökürlər. Arxa fonda solda qüllə kran E yaşayış kompleksinin pilləkən və lifti üçün beton panel yerləşdirir.

19 aprel 2017-ci il. Filial

Texniki qrupun bir üzvü plastik yanğınsöndürmə borusunun iki hissəsinin birləşdiyi yeri hamarlayır. Borunun iki hissəsi isti füzyondan istifadə edilərək birləşdirilir. Füzyon plastikləri əridir və birlikdə qaynaq edir. Nəticədə yaranan çıxıntılar aradan qaldırılır, davamlılıq və keyfiyyət yoxlanılıb birləşdirilir. Ümumilikdə, plastik yanğınsöndürmə borusunun təxminən dörd kilometri artıq döşənilib.

25 aprel 2017-ci il. Yaşayış kompleksləri

Könüllü yeni su keçirməyən kanalı təmizləyir. Bu kanalların sayəsində yollar su yolları ilə kəsişmir və yağış suları selin qarşısını alan gölməçələrə tökülür.

28 aprel 2017-ci il. F yaşayış kompleksi

Memarlıq qrupunda işləyən bir ər-arvad alt mərtəbədəki dəhlizin divarlarının yerini işarələyir.

5 may 2017-ci il. Yaşayış kompleksləri

Tikintisi davam edən beş yaşayış binasının şərq tərəfdən görünüşü. Sentyabr ayına qədər beton bünövrələr tamamlanıb, F yaşayış kompleksinin (arxada sağda) daxili divarlarının işləri, binanın suvaq və boyama işləri başlayıb. Bununla bərabər, könüllülər E yaşayış kompleksinin (arxada solda) xarici divarlarını və pəncərələrini də quraşdırmağa başlayıblar. B, C və D yaşayış kompleksləri (ön fonda) memarlıq, elektrik, texnika və taxtabənd qruplarının işə başlaması üçün hazırlanıb.

18 may 2017-ci il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi

Rəhbərlik Şurasının Nəşriyyat komitəsinin köməkçisi və Ümumdünya layihə-inşaat şöbəsinin (ÜLİ) nəzarətçisi Robert Luçioni tikinti qruplarını ruhlandırmaq üçün Müqəddəs Kitaba əsaslanan çıxış etdi. ÜLİ şöbəsi yeni filialın tikintisinin və dizaynının itkisiz və qənaətlə başa gəlməsinə görə məsuliyyət daşıyır.

25 may 2017-ci il. Filial

Könüllülər qaz, məlumat və elektrik xidmətlərinin yer alacağı binalar üçün beton zəmin hazırlayır. Sağda könüllülər akustik baryerin təməlini quraşdırmaq üçün mobil beton nasosdan istifadə edir. Bu baryer avadanlıqların çıxardığı səsləri azaldır.

7 iyun 2017-ci il. E yaşayış kompleksi

Bir memarlıq qrupu polad damarlı çərçivələrin birləşdiriləcəyi nöqtələri döşəmədə işarələməzdən öncə çertyojları gözdən keçirir.

13 iyun 2017-ci il. F yaşayış kompleksi

Bir könüllü xarici divarların polad çərçivələrini yerinə birləşdirir.

22 iyun 2017-ci il. E yaşayış kompleksi

Taxtabənd E yaşayış kompleksinin ətrafında quraşdırılır. Bunun sayəsində könüllülər xarici divarlar üzərində asanlıqla işləyə bilirlər.

11 iyul 2017-ci il. F yaşayış kompleksi

Bir rəngsaz yeni quraşdırılan pəncərələrə xüsusi qoruyucu təbəqə çəkir. Təbəqə quruyanda plastik təbəqəyə çevrilir və pəncərəni qorumağa ehtiyac olmayanda təbəqə soyulur.

13 iyul 2017-ci il. F yaşayış kompleksi

Texniki qrup bir yaşayış otağında döşəməaltı istilik sisteminin təzyiqini yoxlayır. Lazımi düzəlişlər ediləndən sonra istilik borularını örtmək üçün son beton təbəqəsi tökülə bilər.

19 iyul 2017-ci il. Filial

Bir bağban filial əmlakının əsas girişinin çölündə güllərin yetişdiyi çəmənliyin bir hissəsini ayırır. Çəmənlik alaq otlarının bitməsinin qarşısını alır. Beləcə, işlək bir magistral yolun yanındakı yaşıl ərazinin qayğısına qalmaq üçün daha az zaman və zəhmət tələb olunacaq.

1 avqust 2017-ci il. Ofis binası

Bir topoqraf GPS məsafə ölçən cihazdan istifadə edərək ofis binalarının girişi olacaq nöqtəni işarələyir. Bu nöqtəni müəyyən edə bilmək üçün yerə nişan bərkidir və sonra bu nişanın aydın görünməsi üçün onu rəngləyir. Kompleksin bu hissəsində həm yeməkxana, həm də toplantı zalı kimi istifadə ediləcək bir sahə və mətbəx yer alacaq. Yaşayış binalarını arxa fonda görmək olar.

8 avqust 2017-ci il. Yaşayış kompleksləri

Bir ər-arvad fırtına suyu drenaj sisteminin bir hissəsi olan su axınını idarə edən otaq üçün beton tərtibat hazırlayır. Arxa fonda plastik örtüklə örtülən E və F yaşayış komplekslərini görmək olar. Bu örtük qış ayları da daxil olmaqla hər cür hava şəraitində işləmək üçün əlverişli mühit yaradır.

9 avqust 2017-ci il. Filial

Təlim alan bir könüllü vakuum qaldırıcını idarə etməyi öyrənir. Bu qaldırıcı təxminən 70 kiloqram ağırlığında olan bordyur daşlarını daşımaq və yerləşdirmək üçün istifadə edilir. Bordyur daşları əvvəlcə düzgün şəkildə yerləşdirilir, sonra onları tam bərkitmək üçün hər iki tərəfinə beton tökülür.

16 avqust 2017-ci il. Filial

Su borusu qoyulacağı yerə çəkilərkən texniki qrupun bir üzvü borunu düzgün şəkildə tutmağa çalışır. Yeni filialda istifadə ediləcək su boruları təxminən beş kilometrdir.

22 avqust 2017-ci il. E yaşayış kompleksi

Xarici görünüş qrupunun bir üzvü kərpicləri kəsmək üçün taxta kəsici dəzgah istifadə edir. Yarım kərpiclər yaşayış binalarının kənarlarında Flamand barokkos adlanan gözəl bir naxış yaratmaq üçün istifadə edilir. Ümumilikdə, yaşayış binaları 300000-dən çox kərpiclə örtüləcək.