Britaniya. Fotoqalereya 6 (mart — avqust 2018)
Bu fotoqalereyada mart — avqust 2018-ci il tarixlərində Yehovanın Şahidlərinin Britaniyadakı yeni filialında gedən tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.
8 mart 2018-ci il. Filial
Ekoloji qrupun bir üzvü əsas girişin yanında yerləşən süni gölün suyunun pH səviyyəsini yoxlayır. Bu yoxlamalar tullantılarla mübarizə üzrə aparılan tədbirlərin işə yarayıb-yaramadığını müəyyən etməyə kömək edir.
13 mart 2018-ci il. B yaşayış kompleksi
Bir praktikant havadan müdafiə plitələrini quraşdırmağı öyrənir. İzolyasiya və kərpic fasadı ilə yanaşı bu plitələr də yaşayış komplekslərinin divarlarının xaricinə vurulur.
5 aprel 2018-ci il. Cənub istehsalat binası
Yol silindiri yolun təməlini bərkidərək, onu asfalt üçün hazırlayır. Cənubi istehsalat binasının yanından keçən bu yol bütün tikinti ərazisini əhatə edir.
1 may 2018-ci il. Ofis binası
Tikinti ərazisinin şimal-qərbdən görünüşü. Ön plandakı qüllə kranı ofis komleksinin qəbul şöbəsində durub. Onun sağ tərəfində ofis binasının döşəməsi, sol tərəfində isə mətbəx, yeməkxana və auditoriya zalının təməli yerləşir. Ziyarətçilərin tikinti ərazisinin panoram görünüşünü görmələri üçün yuxarıda sağda yerləşən göyərtənin yeri dəyişdirilib.
9 may 2018-ci il. Ofis binası
Polad dam çərçivələri ofis kompleksinin mətbəx, yeməkxana və auditoriya zalının konstruksiyasını formalaşdırmaq üçün öz yerinə quraşdırılır.
14 may 2018-ci il. Ofis binası
Ekoloji qrupun bir üzvü qorunan bir ağacın yaxınlığında gedən qazıntılara nəzarət edir. Bağbanların ağacın kökləri ətrafında çəkdikləri sərhəd onu zədələnməkdən qoruyur. Digər ağacların kökləri tikinti işlərinə icazə verilməyən hasarlanmış bir sahə ilə qorunub saxlanılır.
24 may 2018-ci il. E yaşayış kompleksi
Bir bağban cığırın kənarı boyunca çim döşəyir. Köklər böyüsə də, bərkidilən payalar çimi öz yerində saxlayır.
19 iyun 2018-ci il. D yaşayış kompleksi
Bir rəngsaz üçüncü mərtəbədə yerləşən dekorativ taxta lövhəyə tanınma nömrəsini rəngləyir. Növbəti aydan tikinti işçiləri D yaşayış kompleksinə köçəcəklər.
20 iyun 2018-ci il. Ofis binası
Podratçılar bir prekast beton paneli yerinə endirirlər.
26 iyun 2018-ci il. Ofis binası
Alçıpan qrupunun üzvləri qayçılı platformada tavana dəhliz-divar çərçivəsini birləşdirirlər. Sağ tərəfdə quraşdırma zamanı HVAC sisteminin bir hissəsini yüksəltmək üçün mexaniki qrup tərəfindən istifadə olunan bir domkrat var.
10 iyul 2018-ci il. Ofis binası
Texniki qrupun üzvləri ofis kompleksinin qəbul şöbəsi olacaq sahənin altında boru kliplərini quraşdırırlar.
10 iyul 2018-ci il. İstehsalat binası
İşçilər şimal istehsalat binası ilə cənub istehsalat binası arasında kanalizasiya xətti çəkir.
17 iyul 2018-ci il. Ofis binası
Podratçılar yeməkxananın damında məhəccər çəkməklə bağlı son işləri görürlər. Aşağı sütun A yaşayış kompleksinə aparır.
19 iyul 2018-ci il. Cənub istehsalat binası
Polad çatı yerinə quraşdırılır. Bu bina emalatxanalar və ofislər üçün istifadə olunacaq.
2 avqust 2018-ci il. Filial
Tikinti ərazisinin şimal-qərbdən görünüşü. Mərkəzdən sağda cənub yaşayış kompleksinin polad çərçivəsi tamamlanmaq üzrədir və divara fasad plitələrin quraşdırılma işləri davam edir. Ön planda şimal istehsalat binasında iş gedir və binanın önündəki yola asfalt çəkilir. Mərkəzdən solda ofis kompleksi, arxada isə yaşayış kompleksləri yerləşir.
3 avqust 2018-ci il. Yaşayış kompleksləri
Günəş çıxanda tikinti ərazisinin şərqdən görünüşü. Ön plandakı D, E və F yaşayış komplekslərinin tikintisi tamamlanıb. C yaşayış kompleksinin tikintisinin tamamlanması isə oktyabr ayına planlaşdırılır.
7 avqust 2018-ci il. Ofis binası
İşçilər əhəng daşlarından istifadə edərək hovuzun kənarlarına divar hörür. Bu ərazi ağacların arasında arxa fonda görünən ofis kompleksinə gedən girişi daha da gözəlləşdirəcək.
7 avqust 2018-ci il. Ofis binası
Dülgərlər bir ofis otağına HVAC və işıqlandırma sistemini quraşdırır. Bu ofisdə qardaşlar hər qrupun hansı işləri görəcəyini müəyyən edəcəklər.
21 avqust 2018-ci il. Ofis binası
Beton panellər ofis binasına bərkidilir. Prekast panellərdən istifadə tikintini sürətləndirdi. Ona görə də ofis binasının tikintisi avqustun axırı tamamlandı. Böyük pəncərələr ofislərə təbii işığın mümkün qədər çox daxil olmasına imkan verir. Bu pəncərələr zəif qış günəşinin gözqamaşdırıcı şüalarını və yay günəşinin isti şüalarını maksimum şəkildə azaldır.
24 avqust 2018-ci il. Ofis binası
İşçilər yeməkxana və auditoriya zalının üstündəki dam tirlərini örtməyə hazırlaşır. Bu divarlar eyni zamanda iki yer istifadə olunanda səsi minimuma endirəcək.