Britaniya. Fotoqalereya 2 (sentyabr 2015 — avqust 2016)
Britaniyadakı Yehovanın Şahidləri Mil Hilldə (London) yerləşən filialı təxminən 70 kilometr şərqə, Çelmsford şəhərinin (Esseks qraflığı) yaxınlığına köçürür. Bu fotoqalereyaya nəzər salaraq, 2015-ci il sentyabr — 2016-cı il avqust ayları ərzində yeni filialda işin necə irəlilədiyini görə bilərsiniz.
29 oktyabr 2015-ci il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi
İşçilər tikinti maşınlarının saxlanılacağı qarajın qarşısına beton tökür.
9 dekabr 2015-ci il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi
Podratçılar inşaat müddətində müvəqqəti ev və yeməkxana olacaq binanın dam örtüklərini quraşdırır.
18 yanvar 2016-cı il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi
Bir işçi ağac kəsici qurğulu ekskavatorla əsas giriş olacaq ərazini ağaclardan təmizləyir. Ağac kəsici ağacı tutaraq onu gövdəsindən kəsir, sonra isə ekskavator ağacları oradan yığır. Layihə tamamlanana qədər kəsilən ağacların əvəzinə minlərlə yeni ağac əkiləcək.
31 mart 2016-cı il. Filial
İşçilər ərazini torpaqda qalan lazımsız materiallardan təmizləyir. Bundan sonra torpağı bir də təmizləyib yenidən istifadə etmək mümkün olacaq.
14 aprel 2016-cı il. Filial
İşçilər qaldırıcı kran vasitəsilə müvəqqəti kabinələri lazımi yerə qaldırmağa hazırlaşır. Podratçılar və daimi tikinti qrupu bu kabinələrdən tikinti ərazisində ofis və xidmət obyektləri kimi istifadə edəcəklər.
5 may 2016-cı il. Filial
İşçilər təkrar emal etmək üçün xammal kimi istifadəyə yararlı tullantıları xüsusi qutulara çeşidləyir. İnşaat layihə komitəsi zərərsiz tullantıların 95 faizini yenidən istifadə etməyi planlaşdırmışdı, hal-hazırda bu plan artıqlaması ilə yerinə yetirilib. Bundan əlavə, kərpic, beton, taxta-şalban kimi tikinti tullantılarının 89 faizi inşaatda istifadə edilib.
23 may 2016-cı il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi
Tikinti briqadasının işçisi müvəqqəti yaşayış binalarının boru kəməri, kabel xətlərinin keçdiyi xəndəyi doldurur.
26 may 2016-cı il. Filial
Podratçı torpaqdan nümunə götürərək onun tikinti ərazisində yolların salınması üçün istifadəyə yararlı olub-olmadığını yoxlayır.
31 may 2016-cı il. Filial ərazisinin görünüşü
31 may 2016-cı il tarixində Yehovanın Şahidlərinin Rəhbərlik Şurası filialın bu proyektini təsdiqlədi. Layihənin tikintisinə yerli orqanlardan da icazə alındığından tikinti işlərinə başlanıldı.
16 iyun 2016-cı il. Filial
İşçilər ərazidən götürülən torpağı lazımsız materiallardan təmizləyir ki, daha sonra onu yenidən istifadə edə bilsinlər. Görülən bu iş çirkli torpağın ərazidən daşınmasına və yeni torpağın alınmasına sərf olunan xərcləri aradan qaldırır.
20 iyun 2016-cı il. Filial
İşçilər əsas giriş yolu salınacaq ərazini təmizləyir. Bir ay ərzində yağan şiddətli yağışların ərazini bataqlığa çevirməsinə baxmayaraq, iş davam etdirildi.
18 iyul 2016-cı il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi
Tozu yatırtmaq üçün yollara su səpilir. İnşaat layihə komitəsi qeydiyyatda olduğu «Considerate Constructors Scheme» adlı şirkətin əsas tələblərindən biri olan tikinti sahəsinin təmiz saxlanılması ilə bağlı göstərişlərə riayət edir. Şirkətin bu tələbi Müqəddəs Kitabın insanlara hörmət etmək və ətrafdakılara qarşı diqqətcil olmaq prinsipləri ilə üst-üstə düşür.
18 iyul 2016-cı il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi
Qaynaqçı havalandırma borularını saxlayacaq asqılar üçün yivli millər kəsir.
22 iyul 2016-cı il. Filial
İşçilər 20000 kub metr qarışıq torpağı tikinti daşlarından ayırır. Şəkildən göründüyü kimi, torpaq bunkerə tökülür. Böyük və orta ölçülü qırıntıları təmizləmək üçün müxtəlif ölçülü ələklərdən istifadə olunur və beləcə, daha narın torpaq əldə olunur. Üç tərəfə istiqamətlənən konveyerlər ayrılmış materialları yük maşınlarına yükləyir.
22 iyul 2016-cı il. Filial
Podratçılar tikinti ərazisindəki torpaq səviyyəsini layihə tələblərinə uyğunlaşdırmaq üçün böyük miqdarda torpaq daşıyır.
18 avqust 2016-cı il. Filial
Şəklin mərkəzdən sola doğru hissəsində görmək olar ki, torpaq səviyyəsini bərabərləşdirmək işi tamamlanmaq üzrədir və artıq bu ərazidə binaların təməlini qoymaq olar. Şəklin lap solunda isə 118 tikinti işçisinin məskunlaşması üçün tikilmiş müvəqqəti yaşayış binaları görünür.