Kontentə keç

Britaniya. Fotoqalereya 3 (sentyabr 2016 — fevral 2017)

Britaniya. Fotoqalereya 3 (sentyabr 2016 — fevral 2017)

Bu fotoqalereyada sentyabr 2016 — fevral 2017-ci il tarixlərində Yehovanın Şahidlərinin Britaniyadakı yeni filialında gedən tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.

13 sentyabr 2016-cı il. Filial

Ekskavator torpağı özüboşaldan maşınlara yükləyir. Əvvəlcədən qazılan bu torpaq tikintidə istifadə edilmək üçün ərazinin başqa bir hissəsinə boşaldılır.

15 sentyabr 2016-cı il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi

Elektrik şöbəsinin işçiləri şəbəkə kabellərini bərkidir. Yaxınlıqdakı yeni filial kompleksi tikilən müddətdə bu bina müvəqqəti ofis və yeməkxana kimi istifadə olunacaq.

19 sentyabr 2016-cı il. Filial

Yeni yol dairəsinin və filial ərazisinə giriş yolunun yuxarıdan görünüşü. Yol dairəsinin solunda bağ və gölməçə salınması üçün hazırlıq görülür ki, yerli sakinlər və gələn qonaqlar feyziyab olsunlar.

3 noyabr 2016-cı il. Filial

Ərazidən yığılan beton parçalanıb, yol çəkmək üçün yenidən istifadə edilir.

4 noyabr 2016-cı il. Filial

Ön planda işçilər müvəqqəti və daimi yollar salır. Onlar yolun təməlini möhkəmləndirmək üçün ağ geotekstil membran rulonlarından və keçirici materialdan istifadə edirlər. Şəklin sağ arxafonunda, membran döşənməmişdən öncə yol silindri təməli sıxır.

5 noyabr 2016-cı il. Filialın köçürülməsi ilə bağlı regional görüş

Böyük Britaniya və İrlandiyada İnşaat layihə komitəsi tərəfindən keçirilən 18 regional görüşdən birində könüllülərə tikinti haqqında məlumat verilir. 15000-dən çox Yehovanın Şahidi bu görüşlərdə iştirak edib və onların əksəriyyəti tikinti layihəsində iştirak etməyə təşəbbüs göstərib.

28 noyabr 2016-cı il. Filial

Bağbanlar yeni əkilmiş ağ söyüd ağacının ətrafını mulçalayır. Bura 700-dən çox ağac əkilmiş ərazilərdən biridir. Güclü fırtınalardan sonra daşqının qarşısını almaq, yağış sularının səviyyəsini azaltmaq və nəzarətdə saxlamaq üçün süni göl yaradılıb.

5 dekabr 2016-cı il. Filial

Dumanlı bir gündə torpaq köçürülməsi işləri sürətləndiyi üçün torpaq səviyyəsinin hamarlanması son mərhələyə çatır. Ümumilikdə, podratçılar təxminən 160000 kub metr materialı qazıb və daşıyıblar. Bunun üçün 10000-dən çox özüboşaldan maşın istifadə edilib.

6 dekabr 2016-cı il. Filial

Bağbanlar bağın çəpəri boyunca bitki əkmək üçün torpağı hazırlayır. Bu bağda və ətraf sahələrdə yerli əraziyə xas 11 növ ağac və 16 növ bitki əkilib.

19 dekabr 2016-cı il. Yaşayış kompleksi

Sol tərəfdə binanın bünövrəsi üçün qazma qurğusu vasitəsilə oyuq açılır. İlk öncə, qurğu torpağın altına salınır, tədricən çıxarılaraq beton tökülür. Sonda, şəklin mərkəzində göründüyü kimi, podratçılar bünövrəni tamamlamaq üçün təzəcə tökülmüş betonun içinə armaturları yerləşdirirlər. Yaşayış kompleksinin bünövrəsi üçün 360-dan çox armatur yerləşdirilib.

29 dekabr 2016-cı il. Filial

Şaxtalı havada santexnik müvəqqəti ofis kimi istifadə ediləcək binanın su borularını birləşdirir.

16 yanvar 2017-ci il. Filial

Amfibi ekskavator vasitəsilə filialın ərazisində yerləşən gölməçədə tullantılar və lil təmizlənir. Bu gölməçələrin bir neçəsi çirkab vəziyyətdə idi və təmizlənməyə ehtiyac duyurdu. Eroziyaların və daşqınların qarşısını almaq üçün gölməçələrin bəndləri möhkəmləndirilir. İşə başlamazdan əvvəl 2500-dən çox balıq ərazidəki digər gölməçələrə ehtiyatla köçürülüb.

17 yanvar 2017-ci il. Yaşayış kompleksi

Ərazinin şərq tərəfdən panoram görünüşü. Ön planda iki yaşayış binasının bünövrə qoyulması işi davam edir. Sağ aşağı tərəfdə bünövrə armaturları aydın görünür. Sol tərəfdə artıq beton tökülüb. Mərkəzdə isə bönüvrə qoymaq üçün armaturlar yerləşdirilir.

23 yanvar 2017-ci il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi

Yekun işləri görən qrup işçisi ziyarət mərkəzinin giriş qapısına suvaq çəkir. Bundan sonra boyama işləri görüləcək. Burada qonaqlar tikinti layihəsi barədə sərgini görə, həmçinin yüksək göyərtədən bu layihənin necə irəlilədiyi müşahidə edə bilərlər.

14 fevral 2017-ci il. Yaşayış kompleksi

Qüllə kranının dəstəyi və dönmə düyməsi müvafiq yerə yerləşdirilir. 40 metr yüksəklikdə olan bu kran 16 ton çəkini qaldıra bilir.

15 fevral 2017-ci il. Yaşayış kompleksi

Betonların üst təbəqəsi lazımi ölçüdə kəsilir. Üzə çıxan armaturlar qapaqlarla örtülür.

17 fevral 2017-ci il. Filial

Elektriklər filialın girişində yerləşən divara JW.ORG lövhələrindən birini quraşdırır.

17 fevral 2017-ci il. Filial

Tamamlanmış yol dairəsinin panoram görünüşü. Filialın əsas girişinə gedən yolda nəqliyyatın hərəkəti intensivdir. Yuxarı tərəfdə solda filialın JW.ORG lövhəsi yerləşdirilib. Bağ və gölməçənin işi tamamlandıqdan sonra giriş yolun mənzərəsini tam şəkildə görmək mümkün olacaq.

24 fevral 2017-ci il. Yaşayış kompleksi

Radiusu 65 metr olan qüllə kranı beş yaşayış kompleksindən dördünə ayrılmış ərazini əhatə edir. Ön planda podratçılar yaşayış binalarından birinin zirzəmisində avtomobil dayanacağı kimi istifadə ediləcək yerə beton tökür. Armaturlar binanın sütunları və əsas divarlarını möhkəmləndirmək üçün artıq yerləşdirilib.