Kontentə keç

Yehovanın Şahidlərinin sayı rekord həddə çatır

Yehovanın Şahidlərinin sayı rekord həddə çatır

1987-ci ildə Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Layman Suinql Valensiyadakı (Venesuela) «Plaza Monumental» arenasında 63580 nəfər qarşısında çıxış etmişdi. Bir çoxları onun nitqinə qulaq asmaq üçün bütün gecəni avtobusla yol gəlmişdi. Layman qardaş bu böyük izdihama xitab edərək demişdi: «Siz artıq kiçik qrup deyilsiniz, kifayət qədər böyüksünüz. Belə görünür ki, tezliklə sayınız 100000-ə çatacaq!»

1987-ci ildə Venesuelada 38000-dən çox Yehovanın Şahidi, yəni Padşahlıq haqdakı xoş xəbəri çatdıran fəal təbliğçi var idi. O vaxtlar yalnız səkkiz ölkədə 100000-dən çox təbliğçi var idi.

Bütün dünyada Yehovanın Şahidlərinin sayının artması adama dərin təsir bağışlayır. I Dünya müharibəsindən sonra Yehova Allahın Padşahlığını bəyan edənlərin sayı bir neçə min nəfər idi. Amma vəziyyət dəyişdi. 1943-cü ilin «Yehovanın Şahidlərinin illik məcmuəsi»ndə qeyd olunmuşdu: «1942-ci ilin ümumi hesabatına əsasən, baxmayaraq ki, əlaqə itdiyindən hesabat tam deyil, Allahın xeyir-duası ilə... hal-hazırda bütün dünyada [xoş xəbəri bəyan edən] 106000 təbliğçi var». Hətta II Dünya müharibəsi kimi çətin dövrdə belə çoxlu insanlar Müqəddəs Kitab həqiqətlərinə hay verirdilər. 1950-ci ildə yalnız Birləşmiş Ştatlarda 100000-dən çox təbliğçi var idi.

Təbliğçilərin sayı 100000-ə çatan ikinci ölkə isə 1974-cü ildə Nigeriya oldu.

Bir ildən sonra Braziliya və Almaniyada da təbliğçi sayı 100000-i keçdi. Dörd qitədə gedən bu inkişaf sübut etdi ki, Müqəddəs Kitab həqiqətlərinə bütün dünyada hay verilir.

Xoş xəbərə hay verənlərin sayı artmağa davam edirdi. Bu inkişaf Müqəddəs Kitabda deyilən bu sözlərə uyğun gəlir: «Ən kiçiyindən min nəfər, ən balacasından qüdrətli xalq törəyəcək. Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm» (Əşiya 60:22).

2014-cü ilin təbliğ hesabatına görə, hal-hazırda 24 ölkədə Yehovanın Şahidlərinin sayı 100000-dən çoxdur. Bu ölkələrdən biri də Venesueladır. Venesuelada 2007-ci ildə təbliğçilərin sayı 100000-ə çatmışdı. Ümumilikdə isə bütün dünyada Yehovanın Şahidlərinin 115416 yığıncağı var və bu yığıncaqlarda 8201545 təbliğçi var.

100000-dən çox təbliğçisi olan ölkələr

Qitə

Ölkə

Təbliğçilər

Afrika

Anqola

108607

Konqo Demokratik Respublikası

216024

Qana

125443

Nigeriya

362462

Zambiya

178481

Asiya

Yaponiya

215703

Koreya Respublikası

100641

Filippin

196249

Avropa

Britaniya

138515

Fransa

127961

Almaniya

166262

İtaliya

251650

Polşa

123177

Rusiya

171268

İspaniya

112493

Ukrayna

150906

Şimali Amerika

Kanada

116312

Meksika

829523

Amerika Birləşmiş Ştatları

1243387

Cənubi Amerika

Argentina

150171

Braziliya

794766

Kolumbiya

166049

Peru

123251

Venesuela

140226