Botsvanada sərgilənən fərqli cəvahirat
Dünyanın ən zəngin almaz mədəninə sahib Botsvana şəhərində 22—28 avqust 2016-cı il tarixlərində ticarət sərgisi keçirildi. Yehovanın Şahidləri bu sərgidə fərqli cəvahirat nümayiş etdirdi. Onlar Müqəddəs Kitaba əsaslanan nəşrlər təklif edir, jw.org veb-saytı ilə tanış edir və ailə tellərini möhkəmləndirən videolar göstərirdilər.
Müqəddəs Kitab prinsiplərini tətbiq etməyi öyrədən «Yehovanın dostu ol» cizgi filmi sərgini ziyarət edən valideyn və uşaqların xüsusi marağına səbəb oldu. Botsvananın milli dili olan setsvana dilində cizgi filmlərinin sayı çox az olduğuna görə ziyarətçilərin əksəriyyəti videoları necə əldə edə biləcəklərini soruşdu.
Ölkənin hər yerindən gələn ziyatçilər təxminən 10000 nəşr götürdü və 120 nəfər pulsuz Müqəddəs Kitab dərsi almaq istədiyini bildirdi. Bu sərgidə ingilis və setsvana dilli Yehovanın Şahidlərinin bir-birilə necə mehriban əməkdaşlıq etməsi çoxlarını heyran etdi.
Sərgidə Yehovanın Şahidlərinin stendləri birinci yerə layiq görüldü.