Kontentə keç

Hindular üçün keçirilən tədbirdə xoş xəbər çatdırılır

Hindular üçün keçirilən tədbirdə xoş xəbər çatdırılır

Çoxlarına elə gəlir ki, hindular ABŞ-ın rezervasiyalarında məskunlaşıblar. Əslində isə onların 70 faizdən çoxu şəhərdə yaşayır. 2015-ci il 5—7 iyun tarixlərində ABŞ-ın ən iri şəhərlərindən biri olan Nyu-York «Millətlərə açılan qapı» («Gateway to Nations») adlı hindu tədbirinə və festivalına (powwow) ev sahibliyi etdi a. Nyu-Yorkda yaşayan bəzi Yehovanın Şahidləri bu tədbirdən xəbər tutan kimi orada iştirak etmək üçün hazırlıq gördülər. Maraqlıdır niyə?

Yehovanın Şahidlərinin Müqəddəs Kitaba əsaslanan nəşrləri yüzlərlə dilə, o cümlədən hinduların blekfut, dakota, hopi, mohavk, navaxo, ottava və pleyn kri dillərinə tərcümə edilir. «Millətlərə açılan qapı» adlı tədbirdə Şahidlər, «Yaradana güvənə bilərsən» adlı buklet də daxil olmaqla, bəzi ədəbiyyatları nümayiş etdirmək üçün masalar, kartlar təşkil etmişdilər.

Həmçinin saytımızda yuxarıda adı çəkilən dillərin əksəriyyətində audio və video materiallar var. Bu tədbirdə Yehovanın Şahidləri həmin materialları əksər nəşrlərin, mahnıların və tamaşaların yalnız ingilis və ispan dilində olduğunu düşünən qonaqlara nümayiş etdirirdilər.

Tədbirdə iştirak edənlərin çoxunu təkcə nəşrlərimizin müxtəlif hindu dillərinə tərcümə olunması yox, həmçinin müxtəlif şəhərlərdə və rezervasiyalarda Müqəddəs Kitabın tədris edilməsi xoş təsir bağışladı. Fəaliyyətimizlə tanış olandan sonra tədbirdə iştirak edən bir nəfər onunla Müqəddəs Kitab dərsi keçilməsini xahiş edərək demişdi: «Çox istəyərdim bizə gələsiniz. Müqəddəs Kitabdan danışasınız».

Eşitmə qabiliyyəti olmayan bir hindu ər-arvad nəşrlərimizin sərgiləndiyi stendlərdən birinə yaxınlaşdı, ancaq Şahidlər onlarla ünsiyyət yarada bilmədilər. Çox keçməmiş jest dilini bilən başqa bir Yehovanın Şahidi oraya gəldi. O, təxminən 30 dəqiqə həmin ər-arvadla söhbət etdi və onlara yaşadıqları ərazidə keçirilən jestdilli regional toplantını tapmağa kömək etdi.

50-dən çox Yehovanın Şahidi Müqəddəs Kitabın maarifləndirilməsi işinə öz töhfəsini verdi. Üç gün ərzində stendlərimizə yaxınlaşanlar 150-dən çox ədəbiyyat götürdü.

a Müasir hindu festivalı haqda antropoloq Uiliyam Pouers deyir: «Bu cür əlamətdar tədbirlərdə əsasən bir qrup insan mahnı oxuyur, kişilər, qadınlar, eləcə də uşaqlar milli rəqslər edirlər» («Musiqi etnoqrafiyası», sentyabr 1968, səhifə 354).