Kontentə keç

Yehovanın Şahidi olan valideynlər övladlarını öz etiqadlarını qəbul etməyə məcbur edirlər?

Yehovanın Şahidi olan valideynlər övladlarını öz etiqadlarını qəbul etməyə məcbur edirlər?

 Xeyr, çünki insan Allaha ibadət edəcəyinə şəxsən özü qərar verməlidir (Romalılara 14:12). Yehovanın Şahidləri övladlarına Müqəddəs Kitabdakı dəyərləri aşılayırlar, lakin uşaqlar böyüyəndə Yehovanın Şahidi olub-olmayacaqlarına özləri qərar verməlidirlər (Romalılara 12:2; Qalatiyalılara 6:5).

 Əksər valideynlər kimi, Yehovanın Şahidləri də övladlarının xoşbəxt olmasını istəyir. Onlar övladlarına faydalı şeyləri öyrədirlər, məsələn, müəyyən bacarıqları, o cümlədən mənəvi dəyərləri və dini etiqadları aşılayırlar. Yehovanın Şahidləri əmindirlər ki, Müqəddəs Kitab ən yaxşı həyat yolunu göstərir, buna görə də övladlarına Müqəddəs Kitabdakı dəyərləri aşılamağa çalışırlar. Bunun üçün onlara Müqəddəs Kitabı öyrədirlər, onları özləri ilə məsihi yığıncaqlarına gətirirlər (Qanunun təkrarı 6:6, 7). Böyüyəndə isə hər bir uşaq valideyninin etiqadını qəbul edib-etməyəcəyinə özü düşünülmüş şəkildə qərar verir.

 Yehovanın Şahidləri körpə uşaqları vəftiz edir?

 Xeyr. Körpələrin vəftiz olunması Müqəddəs Kitaba əsaslanmır. Məsələn, orada yazılıb ki, birinci əsrdə yaşayan məsihilər vəftiz olunmamışdan əvvəl müjdəni eşitmişdilər, ürəkdən qəbul etmişdilər və tövbə etmişdilər (Həvarilərin işləri 2:14, 22, 38, 41). Deməli, vəftiz olunmaq üçün insan Müqəddəs Kitabdakı təlimləri başa düşəcək yaşda olmalıdır, onlara iman etməlidir və bu təlimlərə uyğun yaşayacağına qərar verməlidir. Körpə isə bunu edə bilməz.

 Uşaqlar böyüdükcə, vəftiz olunmaq qərarına gələ bilərlər. Ancaq bunun üçün onlar üzərlərinə hansı məsuliyyəti götürdüklərini başa düşməlidirlər.

 Övladları vəftiz olunmaq istəməyəndə Yehovanın Şahidləri onlardan üz döndərir?

 Xeyr. Düzdür, övladları onların etiqadını qəbul etməyəndə Yehovanın Şahidi olan valideynlər kədərlənirlər. Amma övladlarına sevgiləri soyumur və sadəcə Yehovanın Şahidi olmaq istəmədiklərinə görə onlarla münasibəti kəsmirlər.

Yaşından asılı olmayaraq, hər kəs vəftiz olunub-olunmayacağına özü qərar verməlidir

 Nəyə görə Yehovanın Şahidləri uşaqlarını özləri ilə təbliğə aparır?

 Biz övladlarımızı bir neçə səbəbə görə təbliğə aparırıq a.

  •   Müqəddəs Kitabda valideynlərə buyrulur ki, övladlarına ruhani təlim versinlər, yəni onlara Allaha ibadət etməyi öyrətsinlər (Efeslilərə 6:4). İbadətə isə imanı bəyan etmək daxildir. Buna görə də təbliğ uşağın ruhani təliminin vacib hissəsidir (Romalılara 10:9, 10; İbranilərə 13:15).

  •   Müqəddəs Kitab gəncləri Yehovanın adına alqış etməyə səsləyir (Zəbur 148:12, 13). Allaha alqış etməyin əsas üsulu insanlarla Onun haqqında danışmaqdır b.

  •   Valideynləri ilə təbliğ etməyin uşaqlara əməli faydası da var. Məsələn, onlar müxtəlif insanlarla ünsiyyət qurmağı öyrənirlər, həmçinin mərhəmət, xeyirxahlıq, hörmət və fədakarlıq kimi dəyərli keyfiyyətlərə yiyələnirlər. Bundan başqa, etiqadlarının Müqəddəs Kitaba söykənən əsasları ilə daha yaxından tanış olurlar.

 Yehovanın Şahidləri bayramları və ya başqa mərasimləri qeyd edirlər?

 Yehovanın Şahidləri Allaha xoş getməyən dini bayramlarda və başqa mərasimlərdə iştirak etmirlər c (2 Korinflilərə 6:14—17; Efeslilərə 5:10). Məsələn, biz kökü məsihiliyə dayanmadığı üçün ad günü, milad bayramı keçirmirik.

 Bununla belə, biz ailəmizlə vaxt keçirməyi və övladlarımıza hədiyyə verməyi çox sevirik. Ailəlikcə bir yerə yığışmaq, hədiyyə vermək üçün müəyyən günləri gözləmirik, il boyu bir yerə yığışır və hədiyyə veririk.

Məsihi valideynlər övladlarına sevə-sevə hədiyyə verirlər

a Adətən Yehovanın Şahidlərinin övladları valideynin və ya başqa məsul şəxsin müşayiəti olmadan təbliğ işində iştirak etmirlər.

b Müqəddəs Kitabda başqalarına etiqadları barədə danışaraq Allahı razı salan uşaqların nümunələri var (2 Padşahlar 5:1—3; Mətta 21:15, 16; Luka 2:42, 46, 47).

d Bəzi adlar şərtidir.