Kontentə keç

Siz gəlirinizin onda birini təşkilata verirsiniz?

Siz gəlirinizin onda birini təşkilata verirsiniz?

 Xeyr. Bizim fəaliyyətimiz anonim şəkildə edilən könüllü ianələr hesabına maliyyələşdirilir. Nəyə görə Yehovanın Şahidləri arasında bu adət yoxdur?

 Gəlirin onda birini vermək adəti qədim İsrail xalqına verilən Qanunun bir hissəsi idi. Ancaq Müqəddəs Kitabda aydın göstərilir ki, «ondabir [vergisi]» də daxil olmaqla, həmin Qanun Allahın müasir xidmətçiləri olan məsihçilərə aid deyil (İbranilərə 7:5, 18; Koloslulara 2:13, 14).

 Gəlirlərinin onda birini vermək və təqdimlər gətirmək əvəzinə, Yehovanın Şahidləri İsanın birinci əsrdəki davamçılarından nümunə götürərək, birincisi, məvacib almadan təlim verir və təbliğ edirlər, ikincisi, könüllü ianələr edirlər.

 Belə davranmaqla biz Müqəddəs Kitabda məsihçilərə verilən göstərişə riayət etmiş oluruq: «Qoy hər kəs könülsüz və ya məcburi deyil, ürəyində qət etdiyi kimi versin, axı Allah sevinclə verəni sevir» (2 Korinflilərə 9:7).