Yehovanın Şahidləri protestantdır?
Xeyr. Yehovanın Şahidləri məsihçi olsalar da, protestant deyillər. Nəyə görə?
Bir lüğətə əsasən, protestantlıq «katolisizmə qarşı çıxan dini cərəyandır». Biz katolisizmin təlimləri ilə razı olmasaq da, özümüzü protestant hesab etməməyimizin bir neçə səbəbi var:
Protestantlığın bir sıra təlimləri Müqəddəs Kitabda deyilənlərə ziddir. Misal üçün, Müqəddəs Kitab öyrədir ki, «Allah təkdir», Üç üqnum deyil (1 Timoteyə 2:5; Yəhya 14:28). Üstəlik, O, pisləri cəhənnəm oduna göndərməklə yox, əbədi məhvlə cəzalandırır (Məzmur 37:9; 2 Salonikililərə 1:9).
Biz katolik və ya hər hansı başqa bir dinə qarşı nə etirazlar keçirir, nə də ki islahatlar etməyə can atırıq. Biz sadəcə Allahın Padşahlığı haqda xoş xəbəri təbliğ edir və insanlara bu xəbərə iman gətirməyə kömək edirik (Matta 24:14; 28:19, 20). Bizim üçün önəmli olan hansısa dində islahatlar keçirmək yox, hər bir insana Allah və Onun Kəlamı haqda həqiqəti öyrənməyə kömək etməkdir (Koloslulara 1:9, 10; 2 Timoteyə 2:24, 25).