Kontentə keç

Dünyada nə qədər Yehovanın Şahidi var?

Dünyada nə qədər Yehovanın Şahidi var?

2023 Hesabat

Yehovanın Şahidlərinin ümumi sayı

8 816 562

Yığıncaqların sayı

118 177

Yehovanın Şahidlərinin təbliğ etdiyi ərazilərin sayı

239

2023 ümumi hesabat

2023 ölkə və ərazi hesabatları

Yehovanın Şahidlərinin sayını necə hesablayırsınız?

 Hər ay Allahın Padşahlığı haqqında xoş xəbəri fəal şəkildə təbliğ edən kəsləri Yehovanın Şahidi hesab edirik (Mətta 24:14). Buraya Yehovanın Şahidi kimi vəftiz olunub-olunmamasından asılı olmayaraq, təbliğ etmək üçün təlim almış hər kəs daxildir.

Yehovanın Şahidi olmaq üçün pul ianə etmək lazımdır?

 Xeyr. Yehovanın Şahidi olmaq və ya təşkilatımızda hansısa səlahiyyətə sahib olmaq pul ianələri ilə həll olunmur (Həvarilərin işləri 8:18—20). Əslində, əksər ianələr anonim olaraq verilir. Hər Şahid istəyindən və şəraitindən asılı olaraq, vaxtını, qüvvəsini və imkanlarını ümumdünya işinə sərf edir (2 Korinflilərə 9:7).

Nə qədər insanın şahidlik işində fəal iştirak etdiyini necə müəyyən edirsiniz?

 Şahidlər hər ay təbliğ fəaliyyətləri ilə bağlı yerli yığıncağa hesabat verir. Hesabatın verilməsi könüllüdür.

 Yığıncağın hesabatları toplanır və ümumi rəqəm yerli filiala göndərilir. Filiallar isə hər ölkə və ya ərazinin ümumi hesabatını ümumdünya baş idarəmizə göndərir.

 Hər xidmət ilinin sonunda a həmin il ərzində hər ölkədə Yehovanın Şahidlərinin ən yüksək sayı müəyyən olunur. Bu rəqəmlər üst-üstə gəlinir və bütün dünyadakı Yehovanın Şahidlərinin ümumi sayı bəlli olur. Hər ölkə barədə dəqiq hesabatlar saytımızdakı «Dünyanın dörd bucağında» bölməsində yerləşir. Bu hesabatlar, birinci əsrdəki ilk məsihilər kimi, bizi də ruhlandırır (Həvarilərin işləri 2:41; 4:4; 15:3).

Təşkilatın tədbir və görüşlərində iştirak edən, lakin təbliğ etməyən kəsləri Yehovanın Şahidi hesab edirsinizmi?

 Belə insanları Yehovanın Şahidlərinin sayına daxil etməsək də, onları ibadət görüşlərimizdə görməyə şadıq. Onların çoxu İsa Məsihin ölümünü anma mərasimində iştirak edir. Beləcə, bu tədbirdə iştirak edənlərlə Yehovanın Şahidləri arasındakı say fərqi açıq-aydın görünür. 2023 ildə keçirilən anma mərasimində 20 461 767 nəfər iştirak etmişdi.

 Elələri də var ki, ibadət görüşlərimizdə iştirak etməsələr də, pulsuz Müqəddəs Kitab dərslərindən faydalanırlar. 2023 ildə hər ay orta hesabla 7 281 212 Müqəddəs Kitab dərsi keçirilib və onlardan bəzilərində eyni vaxtda bir neçə nəfər iştirak edib.

Nəyə görə dövlətin hesabatında Yehovanın Şahidlərinin sayı sizin hesabatınızdakı saydan yüksəkdir?

 Dövlətin siyahıyaalma bürosu hesabat tərtib edərkən, adətən, insanlardan hansı dinə mənsub olduqları ilə bağlı sorğu keçirir. Məsələn, ABŞ Siyahıyaalma Bürosu bildirir ki, onlar araşdırmanı faktlar əsasında yox, «respondentlərin özlərini hər hansı bir dini icmaya üzv saymaları əsasında müəyyən edirlər». Bunun əksinə olaraq, Yehovanın Şahidləri olan bizlər özlərini Yehovanın Şahidi kimi qələmə verən kəsləri yox, yalnız təbliğ edən və bu fəaliyyəti haqqında hesabat verən kəsləri siyahıya daxil edirik.

a Xidmət ili sentyabrın 1-dən başlayır və növbəti il avqustun 31-ə qədər davam edir. Məsələn, 2015-ci xidmət ili 2014-cü il sentyabrın 1-dən 2015-ci il avqustun 31-dək olan müddəti özünə daxil edir.