Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 114

«Səbirli olun»

«Səbirli olun»

(Yaqub 5:8)

  1. 1. Ulu Allah Yehova,

    Sənə əzizdir pak adın.

    Düşmən böhtan ataraq

    Təmiz adın ləkələdi.

    Sən min illər boyunca

    Çox təmkinlə gözlədin.

    Böyük səbrin var, ya Rəbb,

    Bitməz məhəbbətin.

    Bəşərçün bir fürsətdir,

    Xilasçün hələ var imkan.

    Yehova, təmkinlisən,

    Hədər yerə dözməzsən Sən.

  2. 2. Təmkin bizə gərəkdir,

    Saleh yolda qalmaq üçün.

    Qorur şər əməldən o,

    Allah qalar bizdən məmnun.

    Ümidlə, mətanətlə,

    Yaxşıya fikir verək.

    Çətin anda dözməkçün

    Təmkin edər kömək.

    Ruhun bir bəhrəsidir,

    Gəl daim səbir göstərək.

    Bizə bu sahədə də

    Yehovadır kamil örnək.