NƏĞMƏ 115
Allahın səbri üçün minnətdarlıq
-
1. Ey Rəbb Yehova, Küll-İxtiyar,
Sən səbrini etdin izhar.
Şər hazırda tüğyan edir,
Cəmi bəşər əzab çəkir.
Sən ləngiməzsən, ey Yaradan,
Çünki dolubdur səbir kasan.
NƏQARƏT
Səbrin üçün biz şükr edək,
Pak adına şərəf gətirək.
-
2. Min il Sənin üçün, ey Qadir,
Sanki bir gündür, tez keçir.
Vaxt az qalıb böyük günə,
Tez keçəcək bu zəmanə.
Sən günaha etsən də nifrət,
Əfv diləyən görər inayət.
NƏQARƏT
Səbrin üçün biz şükr edək,
Pak adına şərəf gətirək.
(Həmçinin baxın: Nəh. 9:30; Luka 15:7; 2 But. 3:8, 9.)