Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 117

Ruhun bəhrəsi — yaxşılıq

Ruhun bəhrəsi — yaxşılıq

(2 Salnamələr 6:41)

  1. 1. Ey Yehova, şükr edirik,

    Nə böyükdür kərəmin!

    Sən ucasan, taxtından hey

    Yaxşılıq çağlar Sənin.

    Ey Rəhman, rəhm göstərənsən,

    Əfv edirsən qulunu.

    Səcdəyə tək Sən layiqsən,

    Vəsf eylərik hüsnünü.

  2. 2. Nə gözəl xəlq eyləmisən,

    Ey Xaliq, Sən insanı.

    Yaxşılıqla, düz əməllə

    Əks edirik şanını.

    Hikmətli, saf təlimlərlə

    Qardaşlar öyüd verir.

    Müqəddəs ruh köməyilə

    Biz qalırıq həmfikir.

  3. 3. Biz doğma bacı-qardaştək

    Birləşdik bir imanda.

    Onların öz yerləri var

    Bu sevən qəlbimizdə.

    Gəlin hara yollansaq da,

    Yaxşılıqla tanınaq.

    Sevgidə zəngin olmaqla

    Allaha biz bənzəyək.