NƏĞMƏ 118
«İmanımızı artır»
-
1. Bilirsən, günahlıyıq, ey Yehova,
Biz daim meyilliyik pisliyə.
Yolumuzda əngəl olan günah var:
Naqis iman yuva salır qəlbdə.
NƏQARƏT
İmanımı artır, Rəbbim Yehova,
Yetiş qulun möhtac olan zaman.
İmanımı artır, möhkəm olsun ki,
Şərəf versin bəndən Sənə hər an.
-
2. İmanla biz Rəbbi razı salarıq.
Əminik, alacağıq mükafat.
İmanımız bizə möhkəm qalxandır.
Qalaq qorxmaz, O verəcək nicat.
NƏQARƏT
İmanımı artır, Rəbbim Yehova,
Yetiş qulun möhtac olan zaman.
İmanımı artır, möhkəm olsun ki,
Şərəf versin bəndən Sənə hər an.
(Həmçinin baxın: Yar. 8:21; İbr. 11:6; 12:1.)